SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həkim jurnalistdən rüşvət tələb etdi - Azərbaycanda

Həkim jurnalistdən rüşvət tələb etdi - Azərbaycanda

Tarix:

27-03-2017, 17:29

/ 1 794 dəfə oxundu.
Həkim jurnalistdən rüşvət tələb etdi - Azərbaycanda

Azərbaycan səhiyyəsi əslində heç vaxt biz vətəndaşları təəcübləndirməyib. Elə dünən gecə yaşadığımız stressdən sonra bir daha səhiyyəmizin acınacaqlı və dözülməz durumunun bir daha şahidi olduq.

Deməli, ötən gün gecə saat 02:00 radələrində bacımın 6 aylıq körpəsini dövlət xəstəxanası olan 2 saylı Qarayev adına Uşaq Xəstəxanasına aparmağa məcbur qaldıq. Uşağın qulağında pambıq qaldığından, ev şəraitində müdaxilə edə bilmədik. Qısası, həmin xəstəxanada Jalə Hümmətli adlı lor həkimi və onunla gecə növbəsində çalışan tibb bacısı körpəni müayinə etməyə başladılar. Yarım saat uşağın qulağını su ilə yumağa çalışsalar da, balaca pambıq parçasını körpənin qulağından çıxara bilmədilər. Jalə həkimin çox gənc, eyni zamanda təcrübəsizliyi əslində açıq şəkildə görünürdü.

Qulaqda qalan pambıq parçası çıxarılmadı. Ən azı biz bunu gözümüzlə şahidi ola bilmədik. Otaqdan çıxanda həkimin masasına az miqdarda pul qoyub təşəkkür etdik ki, evdən tələsik çıxmışıq. Dəhlizə çıxanda həkimin həmin anda vəkili rolunun oynayan tibb bacısı üstümüzə gəldi ki, siz həkimə bu məbləği verəndə utanmadızmı? Gecə yarı xəstəxanya gəlib həkimi də , məni də narahat edirsiniz, bu nə puldu verirsiniz? Həkim xanım da deyinə - deyinə qalmışdı. Bildirəndə ki, xanım evdən tələsik çıxmışıq, birdə bura dövlət xəstəxansını hansı ixtiyarla xəstədən pul tələb edirsiz? Bildirdilər ki, nə olsun dövlət xəstəxanasıdır? Gecə saat 2-də həkimə gələndə bilmirsiz ki, pul verilməlidi? Körpənin ağlamasına görə birtəhər maşına oturduq. Həkimin verdiyi kağızda telefon nömrəsi qeyd olunduğundan, Jalə xanıma telefon açdıq. Söylədik ki, Jalə xanım, nə vaxtdan dövlət xəstəxanasında gecə saat 1-dən sonra xəstələrdən pul tələb olunur? Mənim pulum yoxdusa, demək xəstə uşağı müayinə etməycəksiz?

Jalə həkim heç bir həkim etikasını nəzərə almadan "Dövlət xəstəxanası olanda həkimə pul verilməməlidir ki? Özəl klinikaya getsəydiniz, havayı müayinə edərdilər körpənizi?" - deyərək özünə bir də haqq qazandırdı.

Mətbuat nümayəndəsi olduğumu da xanımın diqqətinə çatdırdıq. Bildirdik ki, dövlət xətəxanasında yaşanan bugecəki xoşagəlməz olay barədə Səhiyyə Nazirliynə məlumat verərik. Jalə həkim isə çox rahat şəkildə, "Kimə şikayət edirsiz, gedin şikayətinizi bildirin, mənim heç kimdən çəkinəcəyim yoxdur" dedi. Cavan həkimin bu qədər rahat şəkildə rüşvət tələb etməsi və üstəgəl, kimsədən çəkinmədiyini bildirməsi həm təəssüf, həm də sual doğurur. Gənc həkim rüşvət almağı azmış kimi, çəkinmədən də hərəkətinə bəraət qazandıranda görən kimə, nəyə güvənir? Dövlət xəstəxanasında bildiyimiz qədər vətəndaşların müayinəsi üçün heç bir həkim və tibb personalı pul tələb edə bilməz. Bu nə cəsarətdi?

Bu xoşagəlməz insidientlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə müracəit etdik. 2 saylı xəstəxananın baş həkiminə olay barədə məlumat verilib. Xəstəxanadan bildirilib ki, H.Jalə adlı həkim əslində xəstəxanın rəsmi həkimi deyil. Bu gənc xanım hələ Tibb Universitetinin rezidentidir. Və qısa zamanda xəstəxana Jalə Hümmətli ilə bağlı lazımı ölçü götürəcək.

Təsəvvür edirsinizmi, hələ bu gənc xanıma həkim diplomu verilməyib. Təcrübə dövründə əlinə düşən ilk fürsətdən bu qədər çirkin şəkildə istifadə edən J.Hümmətli görən diplomu əlinə alandan sonra xəstələrlə necə davranacaq? Belə həkimlərə insan taleyini etibar etmək olarmı? Patsientə insan, xəstə olaraq deyil, gəlir mənbəyi kimi baxan bu cür həkimdən nə gözləyə bilərik? Deməli, bir bu gənc xanım, sabah diplomlu həkim kimi harada çalışsa, fəaliyyəti ancaq insanları soymaq, rüşvət almaq, insan taleyi ilə oynamaq olacaq? Görən Tibb Universitetində Hippokrat andını içəndə həkimlərə bu andın nə qədər müqəddəs və məsuliyyətli olduğunu xatırlatmırlar?

"Allah heç kimi xəstəxanalıq etməsin. Bizim "şəfa verən” həkimlərimiz, hər mənada can almağı da bacarırlar...” Onsuz da, sosial şəraitin ağır olduğu dönəmdə bilmirsən, içindəki yanğıyla əlin xəstənin və öz ürəyinin üstündə olsun, yoxsa cibində...

Şərq.az

Şərhlər

XƏBƏR LENTİ