Bunları nəzərə almayan taksi sürücüləri cəzalandırılacaq
Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində qeyri-qanuni taksi fəaliyyəti göstərən, o cümlədən taksi minik avtomobilləri üçün qanunla müəyyən edilən tələbləri pozan, fərqlənmə nişanı olmadan bu fəaliyyət növü ilə məşğul olan və yol hərkəti qaydalarına əməl etməyən sürücülərə qarşı reydləri davam etdirir.
Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevdən aldığımız məlumata görə, reydlər zamanı sürücülərin bir çoxunun müvafiq qanunvericiliyin tələbinə əməl etmədiyi müəyyən edilib: “Nəticədə, 21 taksi sürücüsünə qarşı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinin tələbinə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) uyğun protokol tərtib edilib.
Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, taksi xidməti sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi sürücüləri avtomobillərini hər yerdə deyil, yalnız müəyyən edilmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər”.
Qurum rəsmisi bildirib ki, qeyd olunan tələblərə cavab verməyən şəxslər Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları inzibati məsuliyyətə cəlb olunacaqlar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...