UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi bir qalmaqala qarışıb.
Bu barədə məlumat “AzPolitika.info”ya özəl mənbədən daxil olub.
Mənbənin məlumatına görə, Ukraynanın Təhlükəsizlik Xidməti Ukraynadakı bir çox şirkətin Donetskdəki separatçılarla əlaqələrini aşkarlayıb. Onların arasında Elton Məmmədova məxsus şirkətin də olduğu iddia edilir. Bu əlaqələrin hansı formada olduğu hələlik açıqlanmır. Ancaq şirkətlə bağlı ciddi araşdırmaların başladığı, buna görə Elton Məmmədovun da “başının ağrıya” biləcəyi vurğulanır.
Qeyd edək ki, Məmmədovlar ailəsinin Ukraynada böyük biznesinin olduğuna dair məlumatlar yayılıb. Onlara məxsus şirkətlərin Ukraynada, əsasən, tikinti və turizm sektorunda fəaliyyət göstərdiyi bildirilir. Məsələn, bir neçə il əvvəl Ziya Məmmədovun Ukraynanın məşhur Truskavets kurort şəhərində dəyəri on milyonlarla dollarla ölçülən otellər aldığına dair məlumatlar yayılmışdı.
Xatırladaq ki, son parlament seçkilərində namizədliyi belə verilməyən Elton Məmmədov hazırda Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışır. Tez-tez mətbuata çıxaraq, nüfuzlu ağsaqqallar kimi millətə məsləhətlər verməyi də yaddan çıxarmır.
Qeyd olunan iddialarla bağlı Elton Məmmədovun da fikirlərini də dərc etməyə hazırıq.
Azpolitika.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək