Adları Adana bələdiyyəsində işçi gedir, amma özləri Azərbaycanda yaşayır...
Türkiyənin Adana şəhərində rəsmi işçi kimi qeydiyyatda olan, hər ay məvacib alan, lakin ölkə xaricində yaşayan şəxslər müəyyən edilib.
Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunlar Adana Şəhər Bələdiyyəsinin Nəqliyyat şirkətində çalışan, lakin 4 aydan artıqdır ki, Türkiyəyə gəlməyən 3 nəfər türk əsilli şəxsdir. Məlum olub ki, bu şəxslərin adları işçi kimi siyahıda olsa da, əslində Azərbaycanda yaşayırlar.
Mənbənin yazdığına görə, araşdırma zamanı həmçinin eyni şirkətdə çalışaraq işə getməyən, nadir hallarda gedəndə isə şəxsi “Mercedes” avtomobilindən istifadə edən digər işçilərin də olduğu üzə çıxıb. Üstəlik, şirkət 10 işçinin görə biləcəyi işi 30-40 nəfərə gördürməklə büdcəyə ziyan vurur.
Saytın yazdığına görə, Adana Şəhər Bələdiyyəsi işə gəlməyən işçilərlə bağlı tədbirlər görməyə başlayıb və həmin şəxslər işdən azad ediliblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...