“İsgəndər Həmidov əməliyyatlara hazırlaşdığına görə həkim nəzarəti altında dərmanları qəbul edir”
Azərbaycan Xalq Hərəkatın idarə ieyətinin üzvləri AXH idarə heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidovu ziyarət ediblər. Bu barədə AXH İH üzvü Fuad Əliyev Musavat.com-a məlumat verib. Onun sözlərinə görə, bundan qabaq AXH idarə heyətinin üzvləri ayrı-ayrılıqda onunla görüşüblər, amma belə böyük formatda ilk dəfədir görüş olub.
F.Əlitev qeyd edib ki, İsgəndər Həmidov yeni əməliyyata hazırlaşır: “Çalışdıq ki, siyasətdən az danışaq, əhval-ruhiyyəsini qaldıraq, onu siyasi fikirlərindən yayındıraq, zarafatlaşdıq, deyib-güldük. İsgəndər bəy növbəti əməliyyatlara hazırlaşdığına görə həkim nəzarəti altında dərmanları qəbul edir. Ümid edirəm ki, qəbul etdiyi dərmanlar müsbət nəticə verəcək. Biz nə qədər siyasətdən danışmamağa çalışsaq da, İsgəndər bəy özü AXH-nin fəaliyyətilə maraqlandı. Nəzərdə tutduğumuz 20 iyul yürüş-mitiqlə bağlı hazırlıq işlərin gedişatı ilə fikir mübadiləsi apardıq. Avqust ayında AXH-nin növbəti Məclisinin keçirilməsilə bağlı öz təkliflərini verdi. Belə deyərdim ki, çox pozitiv görüşümüz oldu”.
Qeyd edək ki, İsgəndər Həmidov Türkiyədən müalicədən döndükdən sonra dağlıq rayonların birində yerləşib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...