Lənkəranskinin “sağ əli” azadlıqda - Mirası uğrunda mübarizə başladı
Türkiyə hakimiyyəti ötən il İstanbulda öldürülən “qanuni oğru” Rövşən Lənkəranskinin “sağ əli” Hacıbaba Talıbxanlını (Hacı Beyləqanski) təcridxanadan azad edib.
Hacıbaba Talıbxanlı Lənkəranskinin yaxın adamlarından olub. Rövşənə təşkil olunan sui-qəsd zamanı da onun yanında olan Hacı mərhumun cənazəsinin Azərbaycana aparılmasında da iştirak edib. Lakin hava limanında 2 avtoritetlə birlikdə Türkiyə polisi tərəfindən saxlanılıb.
Saxlanılanlar 2013-cü ildə İstanbulda “qanuni oğru” Əlibala Həmidovu öldürməkdə ittiham olunublar. Cinayətə görə məsuliyyəti digər 2 şəxs öz üzərinə götürdüyü üçün Hacı azadlığa buraxılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Talıbxanlı dərhal “qanuni oğru” Hüseyn Əhmədovun (Hüseyn Slepoy) qruplaşmasına qoşulub. Bu qruplaşma hazırda Rövşən Canıyevin Türkiyə aktivləri uğrunda mübarizə aparır.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub