XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » ŞOK OLAY: Lənkəran ŞPİ-nin keçmiş yol polis şöbəsinin rəisi övladından imtina edə bilmədi

ŞOK OLAY: Lənkəran ŞPİ-nin keçmiş yol polis şöbəsinin rəisi övladından imtina edə bilmədi

ŞOK OLAY: Lənkəran ŞPİ-nin keçmiş yol polis şöbəsinin rəisi övladından imtina edə bilmədi
23-03-2017, 13:06

“Lənkəran Rayon Yol Polis Şöbəsinin keçmiş rəisi Nəsimi Məmmədov məsuliyyətdən yayına bilmədi. Haqq ədalət axır ki, sözünü dedi!”.

Bu sözləri şikayətçi Səbahət İsmayılova redaksiyamıza zəng edərək bildirdi. Vətəndaş daha sonra iddia edir ki, saytımızda yayımlanan “Lənkəranda biabırçılıq: Yol polisinin rəisi qadına eşq elan edib, sonra...” başlıqlı məqalə rayonda böyük ajiotaj yaratdı. Belə ki, “vəzifə səlahiyyətindən” lazımı qaydada istifadə edən keçmiş polis rəisi N. Məmmədov öz övladına sahib çıxmaqdan boyun qaçırıb. Səbahət smayılovanın dedikləri:
Miranənin atası qonşum idi. Amma narkoman olduğunu bilməmişdim. Miranə 4 aylıq olanda həbs olundu. 2 dəfə təkrar həbs olunduğu üçün ayrıldım. Anam evində qalırdım. Bir dəfə evimizə oğru girmək istəyirdi 102-yə zəng vurduq polislər gəldi. Sonra anamı sorğu-suala tutdular.Barəmizdə məlumat topladılar.Bir gün anamı polisə çağırdılar. Demə bu adam Lənkəran yol polisinin rəisi Nəsimi imiş. Anama bildirib ki, 1 qız övladım var yoldaşımın uşağı olmur. Səbahəti ver mənə oğlan doğsun, onu gözüm üstə saxlayaram. 8 ay evdə söz-söhbət oldu.Onu ər olaraq qəbul etdim, inandım. Tək övlad olduğum üçün evdə aldırmadım. Heç adıma da bir qızılda almadı, fikirləşdim etibar etmir. Öyrəşəndən sonra düzələr. Hər dəfə hamilə qalanda deyirdi saldır. 7 il bundan öncə qərara aldım ki, saldırmayacağam. Mən bunu ər kimi qəbul etmişəm aşna mənə yaraşmaz. Elə ki, bildi hamiləyəm mənimlə yola getmədi, arayib axtarmadı. DİN-ə ərizə yazdım. Bunu bilib UŞAQ MƏNDƏN DEYİL deyərək məni 147.1 148 cinayət işi ilə məhkəməyə verdi. Uzun sözün qısası BƏRAYƏT HÖKÜMÜ aldım. Apelyasiya şikayəti verdi, orda da BƏRAYƏT aldım. Sadəcə uşaqı ordan çıxardılar ki, mən mülki qaydada məhkəməyə verim. Məhkəmə yollarına , vəkilə pul xərcləməkdən korluq çəkirdim. Odur ki, müklü qaydada iddia qaldıra bilmədim. Hal-hazırda isə uşaqlar böyüyüb, maddi durumum yaxşı deyil və eyni zamanda vəziyyətimiz acınacaqlıdır. 2 ay öncə polis rəisinin müavinin qəbuluna getdim. Xaiş etdim ki, təzyiq göstərsinlər uşaqina pul gödərsin. Nəsimi müəllimin öz müavininə zəng etdim xaiş etdim yenə alınmadı. Qalmışam avara. Anamda bərk xəstədir şəkərdir ayaqlarıda şəkər yarası var. Bu günahları Nəsimi necə daşıyır? Mənim həyatımı məhv etdi cəhənnəm olsun. Bu qədər imkanı ola-ola uşaqi əllərə qalıb.
Daxil olan məlumatlarda bildirilir ki, iki dəfə Məhkəmə Tibbi Ekispertiziyası rəy verib. 9 ay məhkəmə prosesi baş tutsada keçmiş polis rəisi məhkəmədə iştirak etməkdən boyun qaçırılması barədə məlumatlar durmadan artırdı. Vətəndaş Səbahət İsmayılova daha sonra iddia edir ki, hakim Məmmədəli Rzayev işin düzgün araşdırılmasında maraqlı olmayıb. Elə bu səbəbdən S. İsmayılova Lənkəran şəhər Məhkəməsinin sədrinə ərzə ilə müraciət edərək hakimin dəyişdirilməsini xahiş edib. Sədr vətəndaşın xahişini nəzərə işi digər hakim Mütəllim İsayevə həvalə edir. Beləliklə məhkəmə prosesi qanun çərçivəsində həyata keçirilir. Məhkəmə prosesində iştirak edən əməkdaşlarımızın verdiyi məlumatlara görə, hakim M. Rzayev ümumiyyətlə şikayətçini dinləmək belə istəməyib. Hətda məhkəmə katibinə “Təhsil Nazirliyinə yazın” deyə bildirib.

Çox hörmətli hakim Məmmədəli Rzayevə bildirmək istəyirik ki, uşaq baxçaları Təhsil Nazirliyinin balansında deyil, icra hakimiyyətlərin balansındadır. Elementar bir sahədən məlumatsız olmaq məhkəmə hakim üçün heç də yaxşı hal deyil. Məlumat üçün bildirək ki, şikayətçi Səbahət İsmayılova Lənkəranda uşaq baxçaların birində tərbiyəçi çalışır.

Əslində, məsələnin mahiyəti olduqca maraqlı idi. Ən azından ekspert rəyləri Səbahət İsmayılovanın haqlı olduğunu bir daha sübüt etdi. Btün bunları nəzərə alan hakim Mütəllim İsayev qətnamə çıxararaq təqaudun ¼ hissəsi alment tutularaq övladına veriləcək. Məhkəmə qətnaməsindən sonra qanun pozuntularını müşahidə etmək oldu. Prezidentin son fərmanı ilə mart ayında təqaüdlər veriləndə aliment tutulmalı idi. İşi 1 aydır icraata verməməyin səbəbləri hələlik məlum deyil. S..əbahət İsmayılova Martın 16-sı xəbər tutaraq məhkəməyə gedib və qərardadı icraata verdirib.

Digər bir məlumatda bildirilir ki, keçmiş polis rəisi Nəsimi Məmmədov məhkəmə prosesi zamanı vətəndaş Səbahət İsmayılovanı təhqir edib. Zalda əyləşən hər bir kəs neqativ halların şahidi olub. Övladını qəbul edə bilməyən N. Məmmədov Apelasiya şikayəti vermək məcburiyyətində qalıb. Araşdırmalar davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

dosye.az

ŞOK OLAY: Lənkəran ŞPİ-nin keçmiş yol polis şöbəsinin rəisi övladından imtina edə bilmədi
ŞOK OLAY: Lənkəran ŞPİ-nin keçmiş yol polis şöbəsinin rəisi övladından imtina edə bilmədi
ŞOK OLAY: Lənkəran ŞPİ-nin keçmiş yol polis şöbəsinin rəisi övladından imtina edə bilmədi
ŞOK OLAY: Lənkəran ŞPİ-nin keçmiş yol polis şöbəsinin rəisi övladından imtina edə bilmədi
ŞOK OLAY: Lənkəran ŞPİ-nin keçmiş yol polis şöbəsinin rəisi övladından imtina edə bilmədi
ŞOK OLAY: Lənkəran ŞPİ-nin keçmiş yol polis şöbəsinin rəisi övladından imtina edə bilmədi

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.