Əsgər valideynlərinə ŞAD XƏBƏR
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Silahlı Qüvvələr Günü ərəfəsində iyunun 22-də saat 10.00-da Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü tədbirləri keçiriləcək.
Əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
"Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək