DEPUTATIN OĞLU MƏHKƏMƏDƏ DİNDİRİLƏCƏK – Ölüm işində pozuntular var
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yenilənib.
Hakim bildirib ki, iş materiallarında bir sıra uyğunsuzluqlar, pozuntular var. Onların araşdırılması üçün istintaqın təzələnməsinə qərar verilib.
Sədrlik edən hakim ziddiyyətlərdən biri kimi onu göstərib ki, hadisə yerinə baxış protokolunu imzalayanlar qəza ilə bağlı sxemi imzalamayıblar. Onların arasında Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi də olub. Daha iki nəfər polis əməkdaşı – Qalib Məhərrəmov və Maşallah Paşayev isə orada olsalar da, ümumiyyətlə, sənədlərin heç birini imzalamayıblar. Ona görə də məhkəmə qərar verib ki, bu dörd nəfərin hamısı dindirilməlidir.
Xatırladaq ki, Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə deputat Çingiz Qənizadənin oğludur.
Proses iyunun 11-də davam edəcək.
Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini – Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.
Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH