SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda sevgilisini bıçaqlayıb, özü intihar edən Vasifin arvadı danışdı: - bizə niyə belə etdin?

Bakıda sevgilisini bıçaqlayıb, özü intihar edən Vasifin arvadı danışdı: - bizə niyə belə etdin?

Tarix:

4-06-2019, 12:14

/ 1 030 dəfə oxundu.
Bakıda sevgilisini bıçaqlayıb, özü intihar edən Vasifin arvadı danışdı: - bizə niyə belə etdin?

Bakıda sevgilisini öldürdükdən sonra intihar edən Vasifin həyat yoldşı danışıb.

AzNews.az xəbər verir ki, "Səni axtarıram" verilişinə zəng edən Sevda ürək dağlayan açıqlamalar verib. O, həyat yoldaşının ona xəyanətindən şübhələndiyini, lakin uşaqları atasız qalmasın deyə boşanmadığını söyləyib:

"Telefonuna baxanda qızla danışdığını görmüşdüm, boynuna almırdı. Mən indi uşaqlarımızın üzünə baxa bilmirəm. Qızım atası ilə nəfəs alırdı. Vasif, niyə bizə bunu etdin? Mən daha dözə bilmirəm".

Xatırladaq ki, bir neçə gün əvvəl itkin düşən Abbasov Vasif Əliyəddin oğlu və Əliyeva Aygün Hüseynağa qızının meyiti Yasamal rayonu Kənar Dairəvi yolunda dərəyə aşmış avtomobildə aşkarlanıb. Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dərəyə yuvarlanmış avtomobildən çıxarılaraq təhvil verilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 2 uşaq atası olan Vasif Abbasov sevgi münasibətində olduğu Aygünü avtomobildə bıçaqlayıb, daha sonra isə o, maşını magistral yoldan dərəyə aşıraraq intihar edib. Hər iki şəxs hadisə yerində keçinib.

V.Abbasovun anası deyib ki, taksi sürücüsü kimi fəaliyyət göstərən oğlu iyunun 1-də ona zəng edərək Aygünü bıçaqladığını, Yasamal yolunun kənarında olduğunu bildirib.

Məlum olub ki, Vasif avtomobili icarəyə götürübmüş. O, son olaraq Yasamal ərazisində Kənar Dairəvi yolda qüllənin yaxınlığında kameralara düşüb.

Şərhlər

XƏBƏR LENTİ