Prokurorluq Kəmalə Ağazadənin cəzasının ağırlaşdırılmasını istəyir
Dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə barəsində olan hökmdən dövlət ittihamçısı apellasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsinə müraciət edən prokurorluq onun cəzasının ağırlaşdırılmasını istəyir.
Apellasiya protesti üzrə məhkəmənin ilkin baxışı mayın 15-nə təyin edilib. Protest hakim Rizvan Səfərovun icraatıan verilib.
İttiham aktına əsasən, QHT sədri K.Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib.
Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Ağazadə 3500 manat məbləğində cərimələnib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək