SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramazanın başlayacağı və bitəcəyi TARİX AÇIQLANDI

Ramazanın başlayacağı və bitəcəyi TARİX AÇIQLANDI

Tarix:

18-04-2019, 13:18

/ 882 dəfə oxundu.
Ramazanın başlayacağı və bitəcəyi TARİX AÇIQLANDI

Bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 6-da başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, mayın 5-i niyyət axşamı, 6-si isə Ramazanın birinci günüdür.

Bakı şəhərində imsak saat 03:57-də, iftar vaxtı isə 19:56-dır

Ramazan ayında xüsusi əhəmiyyətə malik olan Qədir gecələri bu il müvafiq olaraq may ayının 23-25-i, 27 və 31-i tarixlərində qeyd olunacaq. Ramazan bayramı isə iyunun 5-də qeyd olunacaq. İyunun 6-sı bayramın ikinci günü kimi qeyri-iş günüdür.

Qeyd edək ki, bu il Türkiyədə Ramazan ayı 6-sı mayda başlasa da, qonşu dövlətdə bayram iyunun 4-də qeyd olunacaq.

Şərhlər

XƏBƏR LENTİ