Azərbaycanda avtomobil nömrələrinin müxtəlif qiymətlərə satılması ərəb ölkələrindəki kimi dəb halını alıb
Ölkəmizdə "zerkalni" deyilən nömələrin qiymətləri isə bəzən dodaq uçuqladır desək heçdə yanılmarıq.
AzFakt.com-a daxil olan məlumat görə, paytaxt Bakıda nömrə biznesi ilə məşğul olan Baş Dövlət Yol Polisi İdarəsinin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində bir müddət öncə 50 min manata nömrə satılıb.
Məlumata görə, 11-111 və orta seriyası da cüt hərfli olan həmin nömrəni iş adamlarından biri alıb. Məlumatda qeyd edilir ki, 11-111 nömrəsini Qeydiyyat-imtahan şöbəsinin inspektoru Afiyyədin Leysanov satıb.
Afiyyədin Leysanovun ölkədə nömrə biznesini əlində cəmləşdirən BDYPİ İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun yaxın adamı olduğu iddia edilir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
AzFakt.com