SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Müşfiq Rəhimovun yerinə o gətirildi

Müşfiq Rəhimovun yerinə o gətirildi

Tarix:

21-08-2019, 17:23

/ 987 dəfə oxundu.
Müşfiq Rəhimovun yerinə o gətirildi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsi ilə bağlı əmr imzalayıb.

Sözügedən vəzifənin icrası polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğluna tapşırılıb.

O, buna qədər sözügedən idarədə inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, bunadək Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsini uzun illər yol polisinin əsas simalarından biri olmuş polis polkovniki Müşfiq Rəhimov icra edib. O, avqustun 13-də öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Şərhlər

XƏBƏR LENTİ