SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Hafka"nın "STOP" qoyulmuş qardaşı xaricə necə gedib-gəlir? - İLGİNC

"Hafka"nın "STOP" qoyulmuş qardaşı xaricə necə gedib-gəlir? - İLGİNC

Tarix:

15-03-2017, 10:03

/ 1 664 dəfə oxundu.
"Hafka"nın "STOP" qoyulmuş qardaşı xaricə necə gedib-gəlir? - İLGİNC

Xəbər verildiyi kimi, ötən ilin ortalarında Hafiz Məmmədovun qardaşı “Bakı” FK-nın vitse-prezidenti Zeynal Məmmədovun və “Bakılı”nın prezidenti Misir Əbilovun ölkədən çıxmasına qadağa qoyulub.

Ancaq hər iki şəxs qoyulan bu qadağaya əməl etmir. Futbol qurumlarının birindən əldə etdiyimiz məlumata görə, istər “Hafka”nın qardaşı Z. Məmmədov, istərsə də M. Əbilov ölkədən rahat şəkildə çıxa, xaricdəki biznesləri ilə məşğul ola bilirlər.

Bildirilir ki, hazırda Baltikyanı ölkələrdən birində özünün böyük biznesiylə məşğul olan Z. Məmmədov qadağadan sonra bir neçə dəfə Azərbaycandan gedib-gəlib. Və indi o öz işinin başındadır.

Əldə etdiyimiz digər məlumata görə, Misir Əbilovun da ölkə xaricinə rahat şəkildə çıxmasının səbəbi şəxsi biznesidir. O, Rusiyadakı biznes fəaliyyəti ilə məşğul olmaq üçün ölkədən sərbəst şəkildə çıxa bilir və heç kim də ona gözün üstündə qaşın var demir.

Qeyd edək ki, M.Əbilov futbolçularını tez-tez təhqir etməklə -“şərəfsiz”, “key oğlu key” kimi sözlər işlətməklə gündəmə gəlib.

Yeniçağ

Şərhlər

XƏBƏR LENTİ