Milli parklara giriş pulsuz olacaq - Bu bazar
3 mart - Vəhşi Təbiətin Mühafizəsi Günü ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “Açıq qapı” günü keçiriləcək.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək: “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir".
İ.İbrahimova vurğulayın ki, “Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanda 10 milli park - Abşeron, Altıağac, Şahdağ, Samur-Yalama, Şirvan, Hirkan, Ağgöl, Göygöl, Qızılağac, Zəngəzur Milli parkları var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək