Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? – ADLAR
Azərbaycan Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin edir.
Novator.az-a istinadən bildiririk ki, hazırda ən stajlı icra başçısı Eyvaz Hüseynovdur. O, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə gətirilib.
Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci ildən bu vəzifədədir.
Malik İsaqov 2001-ci ildən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Şəmsəddin Xanbabayev 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı postundadır.
2005-ci ildən İlqar Abbasov Suraxanı rayonunun icra başçısı vəzifəsini tutur.
2006-cı ildən Arif Seyidov Göygöldə, Əhməd Muxtarov Hacıqabulda, 2007-ci ildən Ənvər Seyidəliyev Ağsuda, Şair Alxasov Qusarda, Rövşən Bağırov Lerikdə, Novruz Novruzov Şabranda, Lütvəli Babayev Zərdabda icra başçısıdır.
Saatlının icra başçısı Siraqəddin Cabbarov 2008-ci ildə təyin olunub.
2009-cu ildən Mübariz Əhmədzadə Zaqatalanın, Bayram Səfərov Şuşanın, Nizaməddin Quliyev Goranboyun icra başçısı postundadır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...