SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eldar Əzizov meriyanın Hacı Ramizinə vəzifə verir?

Eldar Əzizov meriyanın Hacı Ramizinə vəzifə verir?

Tarix:

22-02-2019, 17:06

/ 830 dəfə oxundu.
Eldar Əzizov meriyanın Hacı Ramizinə vəzifə verir?

Uzun müddət BŞİH-də “məmur-mekler” kimi fəaliyyət göstərən Ramiz Quliyevin yaxın günlərdə yeni vəzifəyə təyin olunacağı gözlənilir

Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətində işləyən və adı meriyanın Hacı Ramizi kimi tanınan “məmur-makler” Ramiz Quliyevlə bağlı AzToday.az-a yeni məlumat daxil olub.

Həmin məlumatda qeyd edilir ki, Bakı meri Eldar Əzizovun ləğv etdiyi İqsadiyyat Komitəsindən sonra havada qalan “makler” Ramiz Quliyev yeni vəzifə təyinatı gözləyir. Belə ki, Ramiz Quliyev imkanlı və vəzifəli dostları sayəsində Eldar Əzizovun ən yaxın ətrafı ilə isti münasibətlər yaradıb. Bu münasibətlər sayəsində paytaxt merinə çıxış əldə edən “makler-məmur” yeni vəzifə almaq istəyindədir.

Saytımıza verilən məlumata görə, Ramiz Quliyev Eldar Əzizovun yaxın adamlarının dəstəyi və himayəçiliyi ilə yenədə köhnə işini “makler”liyi davam etdirir. Yəni paytaxtın hansısa rayonunda ev tikmək üçün tikintiyə icazənin “həlli məsələni” Ramiz Quliyev yoluna qoya bilir.

AzToday.az-a məlumatlı mənbənin verdiyi məlumatda vurğulanır ki, Ramiz Quliyevin meriyada yaxın əlaqədə olduğu məmurlardan biri BŞİH-nin Tikinti şöbəsinin müdiri Rəşid Ağayevdir. Məhz Eldar Əzizovun güvəndiyi kadrlardan biri olan Rəşid Ağayev paytaxt ərazilərində bütün tikinti işlərini öz nəzarətinə ala bilib.
Ramiz Quliyev də Rəşid Ağayevin dəstəyi və köməkliyi ilə tikinti işlərinə icazəni həll etməklə şərikli yaxşı qazanc əldə edirlər. Məlumatda qeyd edilir ki, Ramiz Quliyev meriyadakı dostlarının köməkliyi ilə yaxın günlərdə Eldar Əzizovdan sanballı bir vəzifə qopartmaq niyyətindədir. Ona bu məsələdə Milli Məclisin deputatlarından birinin də kömək etdiyi və Eldar Əzizovla danışıqlar apardığı deyilir…

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ