Spiker elə ilk gün deputatlara xəbərdarlıq etdi
Bu gün Milli Məclisin növbəti-2019-cu il yaz sessiyası öz işinə başlayıb.
Spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, Milli Məclis prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti yüksək səviyyədə müdafiə edib: “Belə ki, Qanunvericilik bazası möhkəmləndirilib. Hesab edirəm ki, yaz sessiyası da məhsuldar və səmərəli olacaq”.
O bildirib ki, bir çox qanun layihələri , o cümlədən, baş bazirin, ombudsmanın, bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin və insan alverinə qarşı milli koordinatorun hesabatı dinləniləcək.
Qeyd edək ki, spiker iclasın elə ilk balanğıcında deputatlara iradını bildirib: “Hələ sessiyaya bu gün başlamışıq. Zalda 115 nəfər var. Amma səsvermədə diqqətli deyilsiniz və iştirak etmirsiniz. Xahiş edirəm, diqqətli olun”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək