Mirşahin: "Milyarder İlham Rəhimov Azərbaycanın İvanişvilisi olmaq istəyir"
Mən Rusiya milyarderi İlham Rəhimovun Bakıda aktivləşməsindən narahat olan jurnalist Eynulla Fatullayevi gözəl başa düşürəm"
Virtualaz.org bildirir ki, bunu jurnalist Mirşahin Ağayev özünün televiziyadakı müəllif proqramında efirdən bəyan edib.
"Qafqazın sərdarı kimi Bakıda oturmaq, general-qubernator və İvanişvili statusuna iddia etmək – olduqca təhlükəli tendensiyadır. Dünyada belə-" Putinin sinif yoldaşı" kimi siyasi əqidə yoxdur”, - o deyib.
Onun sözlərinə görə, İlham Rəhimovun bəzi bəyanatlarını özünü Azərbaycanda Rusiyanın qeyri-rəsmi protejesi elan etmək cəhdi kimi qiymətləndirmək olar.
"Yeri gəlmişkən, bu adamın xaricdə oturan və Azərbaycanı ittiham edən insanlara hücum etdiyini görməmişəm. Maraqlanmaq lazımdır: Azərbaycanın öz İlhamı var, yad İlham kimə lazımdır?”- o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İlham Rəhimovun ünvanına tənqidlə parlamentin plenar iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov çıxış etmişdi.
Müşahidəçilər və siyasi ekspertlər Bakıda Rusiya milyarderi İlham Rəhimovun siyasi aktivliyini qeyd edirlər. Bu yaxınlarda o, Azərbaycanda siyasi ambisiyalarını açıq şəkildə nümayiş etdirməyə başlayıb və Bakıda siyasi təsir uğrunda mübarizə aparmaq niyyətlərini gizlətmir.
İ. Rəhimovun aktivləşməsi bir çox suallar doğurur, çünki onun bütün işi Rusiyada cəmləşir. Bakıda isə milyarder əsasən sosial- siyasi fəaliyyətlə məşğul olur, tez-tez bəyanatlar verir, ölkənin daxili həyatına qarışır, Rusiya-Azərbaycan münasibətlərinin təminatında xüsusi qarant roluna iddia edir.
Videonu 24 dəqiqə 45 saniyədən izləyin...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək