"Bakı öz tarixində heç zaman belə inkişaf göməyib" — Eldar Əzizov
"Son 15 il ərzində Bakıda çox böyük quruculuq işləri həyata keçirilib və Bakı simasını tamamilə dəyişib, dünyanın gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib".
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E.Əzizov deyib ki, illər, əsrlər keçəcək, gələcək nəslin tarixçiləri bu dövrü möhtəşəm inkişaf tarixi kimi və president İlham Əliyevi möhtəşəm qurucu dövlət başçısı kimi xarakterizə edəcəklər:
"Görülən işlər nəticəsində Bakı dünyanın ən böyük şəhərlərindən birinə, investorlar üçün ən cəlbedici şəhərlərdən birinə çevrilib, son bir ildə şəhər 12 milyard manta investisiya qoyulub. 2005-ci ildən Bakıda sənaye istehsalı 4 dəfə artıb".
E.Əzizov qeyd edib ki, ötən illər ərzində Bakıda avtmobillərin sayı 2 dəfə artaraq 663 minə çatıb.
İcra başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq möhkəmlənir: "2005-ci ildə Bakıda 40-a yaxın olan otellərin sayı 4 dəfə artıb. Bakı posovet məkanında 5 ulduzıu otellərin sayına ön yerlərdə yerləşir. Təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət edib və proqnozlara görə bu rəqəm artacaq".
E.Əzizov vurğulayıb ki, 15 ildir Bakıda intensiv tikinti işləri aparılıb və bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artıb: "Bu, Bakının inkişafından xəbər verir. Beynəlxalq agentliklərin reytinqinə görə, turistlər üçün memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir. Bakının yeni baş planı hazırlanır və şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin şəhərdən kənara çıxarılması nəzərdə tutulur".
E.Əzizov qeyd edib ki, bu gün Bakıda salınan parkalar böyük əraziləri əhatə edir, meqa parklar yaradılır. Paytaxımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf göməyib. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərloiyi ilə böyük naliyyətlər əldə edəcək".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək