SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » GENERALIN İŞDƏN ÇIXARILMASININ PƏRDƏARXASI – Sabiq nazirin kadrı idi…

GENERALIN İŞDƏN ÇIXARILMASININ PƏRDƏARXASI – Sabiq nazirin kadrı idi…

Tarix:

24-12-2018, 13:41

/ 3 983 dəfə oxundu.
GENERALIN İŞDƏN ÇIXARILMASININ PƏRDƏARXASI – Sabiq nazirin kadrı idi…

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev işdən çıxarılıb.
General-mayor Asəf Vaqif oğlu Quliyevin yerinə təyinat da olub. Prezident İlham Əliyev Niyaməddin Tağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

***
“AzPolitika.info”nun məlumatına görə, Asəf Quliyevin işdən çıxarılması məsələsi xeyli əvvəldən gündəmdə olub. Məlumata görə, “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev Naxçıvan MR-in sabiq daxili işlər naziri Əhməd Əhmədovun kadrı olub. Ə.Əhmədovla çox yaxşı münasibətləri olan A.Quliyev məhz DİN nazirinin dəstəyi sayəsində vaxtilə bu vəzifəyə təyin olunub. Hətta deyilənə görə, A.Quliyevin də iştirakilə keçirilən məclislərdə sabiq nazir onu özünün qardaşı adlandırar, şərəfinə badələr qaldırarmış.

Lakin Ə.Əhmədov MR rəhbərliyinin qəzəbinə tuş gələrək vəzifəsindən azad olunandan sonra ona ilk arxa çevirənlərdən biri məhz A.Quliyev olur. Bunun sayəsində vəzifədəki ömrünü bir qədər uzatmağa nail olsa da, belə görünür ki, A.Quliyev rəhbərliyin tam etibarını qazana bilməyib.

Şərhlər

XƏBƏR LENTİ