“143 MANATA BİR AY NORMAL YAŞAMAQ OLAR” – Hadı Rəcəbli yenə “gül vurdu”
Milli Məclisin dünənki iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələri müzakirəyə çıxarılıb.Virtualaz.org-un məlumatına görə, qanun layihələri haqqında deputatlara parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
H.Rəcəbli bildirib ki, yaşayış minimumu həm də ünvanlı sosial yardımın müəyyən edilməsi üçün əsas təşkil edir: “Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq”.
Spiker Oqtay Əsədov isə bu qanun layihəsinə gələn il yenidən baxılmasını təklif edib: “Hörmətli Samir müəllim, ehtiyac meyarına gələn il baxmaq lazımdır. Həm də “Yaşayış Minimumu haqqında qanuna” da baxılmalıdır. Hər il bu məsələni müzakirə edirik, gələn il artıq baxmaq lazımdır”.
Maraqlıdır, 143 manatı normal rəqəm hesab edən Hadı Rəcəbli özü bir ayda nə qədər xərcləyir? Və ya 143 manat onun çox yox, bir günlük xərclərini qarşılayırmı?

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək