SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş holdinq rəhbəri Leyla Məmmədzadə maskalılar tərəfindən necə həbs olunduğunu açıqlayır

Keçmiş holdinq rəhbəri Leyla Məmmədzadə maskalılar tərəfindən necə həbs olunduğunu açıqlayır

Tarix:

15-10-2018, 14:11

/ 1 370 dəfə oxundu.
Keçmiş holdinq rəhbəri Leyla Məmmədzadə maskalılar tərəfindən necə həbs olunduğunu açıqlayır

Rusiyanın “Summa” şirkətlər qrupunun keçmiş rəhbəri, holdinqin səhmdarları, dağıstanlı milyarder qardaşlar Ziyavuddin Maqomedovun və qardaşı Maqomed Maqomedovun həbsindən bir müddət sonra vəzifəsindən istefa verən Leyla Məmmədzadə ilk dəfə baş verənlər haqda danışıb.

Virtualaz.org xəbər verir ki, Azərbaycan vətəndaşı olan və ABŞ-da təhsil almış Leyla Məmmədzadə RBK-ya geniş müsahibə verib. Federal Təhlükəsizlik Xidmətinin maskalıları tərəfindən necə həbs olunduğu və dindirildiyi barədə danışıb, habelə Maqomedov qardaşları ilə münasibətlərindən bəhs edib.

Leyla Məmmədzadə deyib ki, Maqomedov qardaşlarının niyə həbs olunuğunu bilmir. “Mən Ziyavuddin Maqomedovu müstəsna olaraq parlaq, talantlı, yeni ideyalarla ruhlandıra bilən, böyük və miqyaslı adam kimi tanıyıram. Qəti əminəm ki, o günahkar deyil və bütün bu baş verənlər böyük anlaşılmazlıqdır”-keçmiş baş menecer bildirib

Rusiya Federasiya Şurasının keçmiş üzvü, milyarder və çoxprofilli “Summa” şirkətlər qrupunun sahibi Ziya Maqomedov, qardaşı Maqomed və holdinqin bəzi vəzifəli şəxsləri 2018-ci ilin martında həbs olunublar. FTX əməkdaşları Ziya Maqomedovu şəxsi təyyarəsi ilə Mayamiyə uçmaq istəyərkən saxlayıb. Hazırda Maqomedov qardaşları Lefortovo təcridxanasında saxlanılırlar. Onlar baş nazir Dmitri Medvedyevə yaxın oliqarxlar hesab edilirdilər və bəzi məlumatlara görə Rusiya hökumətinin rəhbəri “Summa” qrupunda 20 faizlik paya da malikdir.

L.Məmmədzadə deyir ki, Maqomedov qardaşlarına qarşı qaldırılmış cinayət işinin epizodları barədə nəsə deyə bilməz. Çünki orada yazılanlar 2013-2015-ci illərə aiddir. “Həmin illərdə isə mən “Summa”da işləmirdim. “Qəsd nəzəriyyəsi” versiyası barədə nəsə demək isə çətindir. Çünki mənim öz nəzəriyyəm, versiyam yoxdur. Olsaydı baş verənləri daha asan dərk edə bilərdim”-o deyib.

L.Məmmədzadə Maqomedovların işi çərçivəsində onu da saxladıqlarını təsdiq edib. “Doğrudur, məni də həbs etmişdilər. Həmkarımla birlikdə “Kofemaniya”ya getmişdik. Və birdən o mənə deyir: ola bilməz, bu nədir belə? Dönüb baxıram, görürəm bir dəstə maskalı, silahlı adam. Onlardan biri mənə deyir: Məmmədzadə sizsiniz? Siz həbs olunursunuz. Əvvəlcə mən hesab etdim ki, bu bizim holdinqin səhmlərinin alqı-satqısına dair hazırlanan sövdələşmə ilə bağlıdır və ona mane olmaq istəyirlər. Həmin “möhtəşəm” dustaq maşınına mindik və mənim evimə axtarışa yollandıq. Qapını döyürəm, uşaqlarımın dayəsi açır: mən pilləkəndə durmuşam, arxamda isə FTX-nin maskalı 10 əməkdaşı. Yəqin ki, qonşularım bu mənzərəni uzun müddət unutmayacaq! Amma axtarış cəmi iki saat çəkdi və heç bir cəhənnəm olmadı, sonra biz DİN-in İstintaq Departamentinə dindirmə üçün getdik...”-azərbaycanlı keçmiş baş menecer danışır.

Leyla Məmmədzadə bildirir ki, onu iki gün-martın 30-da və 31-də dindiriblər. “Summa”nın fəaliyyəti ilə bağlı bütün epizodlar üzrə suallar verilib. Müstəntiqlər özlərini çox peşəkar və nəzakətli aparıblar. Dindirmə gecə yarısına qədər davam edib.

“Gizlətməyə nəyimsə yox idi, bütün arayışları təqdim etdim. Cinayət işinin birinci epizodunda mən uşaq doğmuşdum, ikinci epizodda isə dekretdə olmuşam. Görəndə ki, həmin epizodlar üzrə məsuliyyət daşımıram və o vaxt “Summa”da işləmədiyim barədə sübutlarım var, əl çəkdilər. Məni saxlamaq üçün obyektiv səbəb yox idi”-keçmiş menecer deyir. O bildirir ki, həmin vaxtdan sonra bir daha istintaqa çağırılmayıb və cinayət işində adı nə şahid, nə şübhəli qismində keçmir.

42 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə Bakıda anadan olub, ABŞ-da maliyyə işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin analizi üzrə ixtisaslaşıb, ABŞ-ın “Halliburton” şirkətində strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya neft-qaz nəhəngi “Royal Dutch Shell”də həmin sahəyə rəhbərlik edib.

Virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ