Azərbaycanlı zənginlər Bosfor sahillərində tarixi villalar alır
Azərbaycanlı zənginlər Bosfor sahillərində tarixi villalar alır
Türkiyə iqtisadiyyatında yaşanan böhran və milli valyutanın dəyərdən düşməsi nəticəsində Bosfor boğazı sahillərindəki tarixi malikanələrin çoxu satışa çıxarılır. Virtualaz.org xəbər verir ki, Bosfor sahillərindəki dəbdəbəli tarixi villaların və malikanələrin sahibləri öz daşınmaz əmlaklarından yaxa qurtarmağa çalışırlar. Boğaz sahillərində 600-ə qədər villa var və onlardan 60-ı satışa çıxarılıb.
“Bu villaların qiyməti 4.5 milyon dollardan 90 milyon dollar arasında dəyişir. Hərəsinin öz tarixi var. Bosforun aşıya və Avropa sahillərində cəmi 60 villa satışa çıxarılıb”-daşınmaz əmlak agenti Uğur Ayxan yerli KİV-lərə bildirib.
Potensial müştərilər isə türklər deyil, Qətər, İran və Azərbaycan vətəndaşlarıdır. Belələri boğaz sahillərində villalar almaqla həm də Türkiyə vətəndaşı pasportunu ala bilərlər. Çünki bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan xaricilərin vətəndaşlıq alması üçün qaydaları sadələşdirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək