Kəmaləddin Heydərovu terror təşkilatlarının maliyyə mərkəzi kimi tanınan şirkətlə nə bağlayır?
Azərbaycan iqtisadiyyatının “əzəməti” hesab edilən fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı ilginc məlumatlar daxil olub.
Məlumatlarda bildirlir ki, bir neçə il öncə Kəmaləddin Heydərov dostluq münasibətləri olan Dubay Əmirliyinin Mühafizə Xidmətinin rəhbəri Məhəmməd bin Rəşid Qadirin vasitəsilə 73 (yetmiş üç) milyon dollar məbləğində Səudiyyə Ərəbistanının hazırda dünyada məhşur olan şirkətlərin (şirkətin adı redaksiyamıza məlum olsada hazırda jurnalist araşdırmalarımız davam etdiyindən bu barədə yazmırıq) birinə investiya yatırıb.
Maraqlısı odur ki, şirkətin adı bir çox qalmaqallarda hallanıb. Həmin şirkət terror təşkilatlarının maliyyə mərkəzi kimi də tanınıb. Bundan əlavə şirkətin Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İran, Şimali Koreya, Liviya və Pakistan kimi dövlətlərə qanunsuz olaraq nüvə yanacağının təchizatı ilə məşğul olduğu da deyilir.
Lakin məsələ ilə bağlı uzun müddətdir ki, redaksiyamız tərəfindən Fövqəladə Hallar Nazirliyinə (FHN) göndərilən sorğuya cavab verilmədiyindən hazırda bu barədə geniş araşdırma məqələsini yaza bilmirik. Ümid edirik ki, bu qısa yazımızdan sonra FHN sorğumuzu cavablandıracaq.
“AzToday.az”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək