Sürücülərə şad xəbər: qərar dərhal verilmədisə… - Yeni qanun
Sürücülər barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzələnəcək, gələcəkdə sürücü barəsində tərtib edilən elektron sənəd elə birbaşa "elektron qərar" adlanacaq.
Bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov bu gün Milli Məclisin yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə etdiyi dəyişikliklər barədə danışarkən deyib.
Ə.Hüseynov bildirib ki, dəyişikliyə əsasən, həmin elektron qərar yalnız real vaxt rejimində (qayda pozulan kimi avtomatik) tərtib edilməlidir. Yəni kameranın qeydə aldığı məlumatı kompüterdə araşdıraraq bir neçə saat və ya gün sonra elektron protokol (bundan sonra qərar) tərtib etmək qadağan olunur. Real vaxt rejimində (dərhal, onlayn) tərtib edilməyən qərar etibarsız və qanunsuz olacaq, sürücü buna görə məsuliyyətdən azad ediləcək:
“Elektron qərar (əlavələri ilə) 1 gün ərzində sürücünün elektron kabinetinə yerləşdirilməzsə, sürücü bu qayda pozuntusuna görə məsuliyyətdən azad olunacaq. Sürücü onun barəsində tərtib olunan elektron qərardan 20 gün ərzində şikayət verə bilər”.
Hüquqşünas bildirib ki, yeniliyə əsasən, bundan sonra texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə kameralar vasitəsilə elektron qərar tərtib olunacaq (indi buna görə cərimə yalnız yolda saxlanılaraq yazıla bilər):
“Texniki baxış talonu ləğv edilir, bundan sonra sadəcə elektron qeydiyyat aparılacaq. Texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə yalnız sürücü cərimələnəcək. Buna görə vəzifəli şəxsin və hüquqi şəxsin məsuliyyəti ləğv olunur. Nisbətən yüksək sürət rejimi (80 km/saat və artıq) olan yolları qaydalardan kənar yerlərdə keçən piyadalar üçün də cərimə artırılır (20 manat əvəzinə 40 manat)”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...