"Aqrolizinq"in vəzifəli şəxsi niyə döyüldü? - İDDİA
Aqrolizinq ASC - nin Yevlax regional filialının direktoru Sədaqət Ağayev, Yevlax rayon Səmədabad kənd sakini, şəhid anası Sənəm Əliyevanı küçə söyüşlərilə təghqir etməsinə sakinlər biganə qalmayıb. Söydüyü söyüş, direktora baha başa gəlib.
Sədaqət Ağayev bir neçə gündür ki, rayonun Səmədabad kəndində biçin aparan kopmbaynın mexanizatoruna işini yarımçıq saxlayaraq, Tanrıqullar kəndində olan dostunun sahəsini biçməyi tapşırıb. Bundan xəbər tutan kənd sakinləri kombaynın qarşısını kəsərək kənddən çıxmasına əngəl olublar. Sakinlərin bu etirazı Sədaqət Ağayevin xətrinə dəyib. O, bildirib ki, həmin kombaynı 10 gün boş saxlamaq olsa da, Səmədabad kəndində biçin aparmayacaq. Bu gün isə kənd sakinlərinin müraciəti zamanı yaşlı heç olmasa şəhid ailəsi Sənəm Əliyevanın yerinin biçilməsini xahiş edən sakinlərə sərt cavab verən Sədaqət Ağayev camaata küçə söyüşləri söyüb. Bu söyüşdən hiddətlənən sakinlər, Aqrolizinqin direktorunu yaxşıca əzişdiriblər.
Xatırladaq ki, şəhid ailələrinə qarşı Aqrolizinq rəhbərləri tərəfindən olunan təhqirlər ilk belə hal deyil. Bir neçə gün öncə də, Ağdaş filialının direktoru kombayn istəyən şəhid ailəsinə bildirib ki, taxılı mənim üçün əkməmisən ki, özün üçün əkmisən...Bu ifadəni işlədən direktor da şəhid ailəsinin probelminə etinasız yanaşıb.
miq.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək