SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda dindar biznesmenlərin qanlı davası - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ANBAAN KAMERAYA DÜŞDÜ

Bakıda dindar biznesmenlərin qanlı davası - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ANBAAN KAMERAYA DÜŞDÜ

Tarix:

19-06-2018, 11:03

/ 2 033 dəfə oxundu.
Bakıda dindar biznesmenlərin qanlı davası - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ANBAAN KAMERAYA DÜŞDÜ

Bakıda dindar biznesmenlər arasında qanlı dava olub. Dava bir neçə gün əvvəl Nərimanov rayonu ərazisində baş verib və İran vətəndaşı bıçaqlanıb. Hadisə şahidlərinin Criminal.az saytına verdiyi məlumata görə, dava edən şəxslər həmin ərazidə ətir biznesi ilə məşğul olan şəxslərdir. Onların mübahisəsi ilə qiymətin baha olması üstündə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya keçib. Dava edən şəxslərdən biri qaçaraq maşınında bıçağı götürüb və qarşısına çıxan şəxsə xəsarət yetirir.
Nərimanov rayon Polis İdarəsindən Criminal.az saytına verilən məlumata görə, dava plastik ətriyyat qabları istehsal edən sexin qarşısında baş verib. Dava edənləri sakitləşdirmək istəyən iranlıya bıçaq xəsarəti yetirilib.
Hazırda iranlını bıçaqlayan şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri görülür.

Criminal.az

Şərhlər

XƏBƏR LENTİ