SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... - İLGİNC FAKTLAR

"Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... - İLGİNC FAKTLAR

Tarix:

21-05-2018, 11:48

/ 1 620 dəfə oxundu.
"Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... - İLGİNC FAKTLAR

Millət vəkili, Ana Vətən PArtiyasının sədri Fəzail Ağamalı bugünkü mediaya hazırda həbsdə saxlanılan keçmiş deputat, "Quska" ləqəbli Hüseyn Abdullayevlə bağlı ilginc açıqlamalar səsələndirib. Fəzail Ağamalı Hüseyn Abdullayevlə bağlı bunları deyib:

"Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim idi. O, ulu öndərin himayəsi nəticəsində böyük varidata sahib oldu, böyük maliyyə imkanları əldə etdi. Görünür, həmin maliyyə imkanları onu yolundan çıxartdı, əlinə keçən maliyyə imkanlarının əsirinə çevrildi. O, maliyyə imkanlarını idarə etmədi, əksinə, böyük maliyyə, böyük pul onu artıq özünün köləsinə çevirdi. Nəticədə o, bu pulu, bu imkanları ona verən dövlətin üzərinə getdi. Dövlətin üzərinə getdiyi üçün öz cavabını almalı idi. O, mənim timsalında cavabını da aldı. Ancaq biz səmimi ayrıldıq. Yəni məndən üzr istədi, mən də onu bağışladım. Əl tutduq, görüşdük və bununla da bitdi. Düşündük ki, oldu da, yəqin öz səhvini başa düşdü. Əgər doğrudan da mətbuatın yazdığı kimi o, Avropada dövlətin ona vermiş olduğu imkanlardan istifadə edib, dövlətin əleyhinə, antiazərbaycan qüvvələrin içərisində yer alırsa, bu, artıq onun faciəsidir. Bu faciəni yaşamağı mən heç kimə arzulamıram. Ancaq bu faciəni kimsə yaşayırsa, artıq o, taleyi ilə barışmalıdır".

Fəzail Ağamalı həqiqətən də haqlıdır və 90-cı illərin axırına qədər əslində HEÇ KİM olan Hüseyn Abdullayev məhz ona yaradılan şəraitin hesabına ortaya çıxıb, pardaxlanıb, güc sahibi olub və bunun da nəticəsində iddialara düşüb. Elə bir iddialara düşüb ki, hətta yekunda Azərbaycan dövlətinin əleyhinə olan, xüsusən də Azərbaycana düşmən olan qüvvələr tərəfindən yönəldilən bir prosesin himayədarına belə çevrilib.

Bu barədə danışan bilgili qaynaq isə Hsüeyn Abdullayevin hazırda Qaradağ rayon icra hakimiyyətinin başçısı postunu tutan Süleyman Mikayılovla əlaqələrindən danışır. Yəni Fəzail Ağamalının barəsində danışdığı 90-cı illərdən. Xatırlayırsınza, hələ xeyli əvvəlindən bu barədə oxucularımızı bilgiləndirəcəyimizi vəd etmişdik.

Məlumatlı mənbənin söylədiyinə görə, Hüseyn Abdullayevlə Süleyman Mikayılov hələ 90-cı illərin əvvəlindən yaxın münasibətdə olublar. Mənbənin söylədikləri:

"Həmin dönəmdə Süleyman Mikayılov Bakıda Bülbül adına musiqi məktəbinin zirzəmisində özünə ofis tutmuşdu, başına idmançıları toplamışdı. Həmin idmançıların adları eyni zamanda qara işlərdə də hallanırdı. O zaman Hüseyn Abdullayev-Süleyman Mikayılov cütlüyünə indi "Hafka" kimi tanıdığımız Hafi Məmmədov da qoşulmuşdu və bu üçlük Azərbaycana xaricdən yağ gəıtirməklə məşğul idi".

Mənbə iddia edir ki, məhz bu yolla və onlara yaradılan digər şəraitlər hesabına külli miqdarda pul qazanan Hüseyn Abdullayev, Süleyman Mikayılov və Hafiz Məmmədov sonradan hər biri ayrı-ayrıılıqda gücə çevirilirlər. Amma dostluqlarını unutmarlar, əlaqələrini kəsmirlər. İcra başçısı olan Süleyman Mikayılovun bu gün kifayət qədər maddi imkanlara malik olduğu şübhəsizdir.

Hüseyn Abdullayevin və elə həm də "Hafka"nın isə həmin maddi imkanları hansı yöndə xərclədikləri də məlumdur. Artıq müflisləşdiyi deyilən Hafiz Məmmədovdan fərqli olaraq "Quska" pullarını iyrənc siyasətə yatırtdı ki, bu gün də bunu bəlasını çəkir. Zamanında yağ kimi pullar qazanan və indinin özündə də dövlət büdcəsini dədə malı kimi sağa-sola səpələyən Süleyman Mikayılov isə hələlik vəzifə başındadır.

Hələlik ona görə deyirik ki, artıq barəsində araşdırmalara başlanıldığı, adının "Quska" ilə birgə hallandığı xəbərlər dolaşmaqdadır.

Qarşı tərəfi də dinləməyə hazırıq... Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ