Yeni nazirin açıqlaması şayiələrə səbəb oldu - Vüsal Hüseynovun “bostanına daş”...
Hökumətdəki dəyişiklik və yeni təyinatlardan sonra bütün diqqətlər vəzifəyə gətirilən şəxslərə yönəlib.
BakuPost xəbər verir ki, yeni nazir və komitə sədrlərinin hər birinin açıqlamaları, təyin edildikləri qurumda gördükləri işlər cəmiyyətdə maraqla qarşılanır. Onlardan ən çox müzakirə olunanı isə Azərbaycanda vətəndaşın işinin ən asan həll olunduğu "ASAN Xidmət”in sədrliyindən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rəhbərliyinə gətirilən İnam Kərimovdur. İnam Kərimov "ASAN Xidmət”də gördüyü işlərlə cəmiyyətdə qazandığı müsbət imici nazir olaraq da saxlamağa çalışır. Onun nazir təyin edildikdən dərhal sonra qollarını çırmalayaraq rayonlara səfər etməsi, kəndlilərlə, fermerlərlə şəxsən görüşməsi xeyli diqqət çəkib və təqdir olunur. Onun kənd təsərrüfatı sahəsində köklü islahatlar aparacağı, müsbət dəyişikliklərə nail olacağı gözlənilir.
Nazir KTN-də həm də kadr islahatları aparır. Artıq nazirlikdə bir çox mühüm postlarda dəyişiklik edilib. Onun bu gün kadr islahatları ilə bağlı verdiyi açıqlama isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İ. Kərimov bildirib ki, o, gənc kadrlara deyil, müasir düşüncəli kadrlara üstünlük verir: "Bizim leksikonumuzda "gənc kadr" sözü yoxdur, bizim leksikonumuzda müasir düşüncəli kadr sözü var. O kadr həm gənc, həm də yaşlı ola bilər. Bizim leksikonumuzda yalnız innovativ və müasir düşünən kadr ifadəsi yer alıb”.
Onun bu açıqlaması Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni təyin olunmuş sədri Vüsal Hüseynovun bir müddət əvvəl kadr islahatları ilə bağlı verdiyi açıqlamanı xatırladıb.
V. Hüseynov xidmətdə aparılan kadr dəyişikliyi zamanı gənc kadrlara üstünlük veriləcəyini deyib. Onun "gənc kadrlara üstünlük veriləcək” açıqlamasından sonra İ. Kərimovun "bizim leksikonumuzda "gənc kadr" sözü yoxdur” deməsi xeyli ilginc görünür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...