SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DİREKTOR MƏHKƏMƏDƏ MÜAVİNİNƏ UDUZDU

DİREKTOR MƏHKƏMƏDƏ MÜAVİNİNƏ UDUZDU

Tarix:

16-05-2018, 16:28

/ 1 562 dəfə oxundu.
DİREKTOR MƏHKƏMƏDƏ MÜAVİNİNƏ UDUZDU

Bir neçə gün bundan əvvəl Bakı şəhərinin Suraxanı rayonundakı 275 saylı orta məktəbdə yaşanan olayla bağlı çoxsaylı oxucularımızı ətraflı məlumatlandırmışdıq. Yəni, yazıb qeyd etmişdik ki, adı çəkilən bu təhsil müəssisəsinə rəhbərlik edən Fəridə xanım Şərifovanın vaxtilə kollektivə “bu mənim bacımoğludur” deyə təqdim etdiyi Ramin Əliyev, həmin məktəbin 9-cu sinif şagirdini götürüb qaçmışdı. İndi isə bəlli olur ki, may ayının 12-də hər iki gəncin böyük toy məclisi olacaq və bununla bağlı qızgın hazırlıq işləri də görülməkdədir.

Onu da hər kəsin diqqətinə çatdıraq ki, “Dəryaz” satira-yumor qəzeti fəaliyyətə başladığı ötən 14 il ərzində hər zaman cəmiyyətdəki “alaq otları”na qarşı ardıcıl mübarizə aparıb, korrupsionerləri, rüşvətxorları ifşa edib, bir sözlə ictimai həyatımızı eybəcərləşdirən, inkişafımızı ləngidən amillərə qarşı barışmaz mövqeyini də ortaya qoyub. Ən əsası isə, sabahkı cəmiyyətimizin inkişafını müəyyən edən, daha çox gənclərimizin elmi-mədəni cəhətdən formalaşmasına səbəb olan təhsil sahəsindəki eybəcərliklərin ictimailəşdirilməsində qərarlı olub. Yəni, hər zaman çalışmışıq ki, bu sahədə baş verən nöqsanları aradan qaldırılmasına öz köməkliyimizi göstərək.

Bəli, bu yöndə fəaliyyətimizi davam etdirib əmələ gələn nöqsanları, çoxsaylı qanunsuzluqları və s. “dəryazladıqca”, ali və orta təhsil müəssisələrində, həmçinin digər sahələrdəki problemlərin bir çoxu aradan qaldırılmış, bəzi problemlərin həllinə isə müəyyən mənada imkanlar yaradılmışdır. Hal-hazırda çoxsaylı problemlərin yaşandığı 275 saylı orta məktəblə bağlı silsilə açıqlamalar dərc edib yaşananları ictimailəşdirsək də, nədənsə rəhbərlik problemləri aradan qaldırmır ki, qaldırmır. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən təhsil ocağındakı problemlərin varlığı, məhz rəhbərliyin fəaliyyətsizliyi, daha çox isə şəxsi maraqlarını güdməsi səbəbindən baş verməkdədir.

Bu gün 275 saylı məktəbdə elə bir ab-hava əmələ gəlib ki, direktor vəzifəsini daşıyan Fəridə xanım sələflərinin dünyadan köçənlərinə min rəhmət oxutdurur. Adicə bir məqama diqqət yetirək ki, təqribən bir ay ərzində adı çəkilən təhsil müəssisəsində yaşananlarla bağlı ayrı-ayrı başlıqlar altında tənqidi məqalələr dərc etmişik. Bunlardan “AZƏRBAYCAN TƏHSILINDƏ NƏ BAŞ VERIR?”, “275 SAYLI MƏKTƏBDƏ «APREL DÖYÜŞLƏRI-VIDEO”, “MƏKTƏB DIREKTORUNUN GÖZƏTÇI IŞLƏYƏN BACISI OĞLU 9-CU SINIF ŞAGIRDINI GÖTÜRÜB QAÇDI”, “275 SAYLI MƏKTƏBDƏ TOY-TOYA QARIŞDI”, “275 SAYLI MƏKTƏBDƏ MAY AYI DIREKTOR VƏ “ZAVUÇ”LARIN TOY AYINA, MÜƏLLIMLƏRIN VƏ VALIDEYINLƏRIN ISƏ “VAY AYI”NA ÇEVIRILIB”, “TƏHSİLİ “SÜNNƏT TOYU”NA “QURBAN VERƏNLƏR” VƏ S. kimi məqalələr dərc etsək və qeyd olunan faktlar Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılsa da, təəssüflər olsun ki, yenə də 275 saylı məktəbdə nöqsanlar davam etməkdədir.

Əldə etdiyimiz məlumatlara görə, bu gün adı çəkilən təhsil müəssisəsinə rəhbərlik edən Fəridə xanım Şərifova, məktəbdə baş verən nöqsanları aradan qaldırmaq əvəzinə, həndəvərində olan “əsabələr”ini başına yığaraq “dəryaz”çıları məhkəmə ilə hədələməyə qərar verib. “Dəryaz” da hər ehtimala qarşı “çəkic-zindan”ını torbasına qoyub bülövünü belinə bağladıqdan sonra “ayə qoymayın üstümə İrasim gəlir” deməklə, hələ ki, vəziyyəti kənardan müşahidə etməkdədir. Biz məhkəməməyə çağıralacağımız günü səbirsizliklə gözlədiyimiz bir vaxtda “Şura hökuməti”ndən “heç də narahat olmayın, onlar sizi məhkəməyə verə bilməz deyə bir xəbər gəldi”. Nöşün ki, “Kərbalayının oğlunun, bağışlayın direktor müavininin müsibəti onun başını elə qatıb ki, indi direktorun sizinlə “uğraşma”ya gücü çatmaz”. Dedik ay lələ, nə müsibət, nə məhkəmə! Dedilər ki, Fəridə xanım Şərifova 275-ə direktor təyin olunan kimi dərhal müavinlərini başına yığaraq “mən bu vəzifəyə 35000 (otuz beş min) manat “haqq-hesab” verib gəlmişəm” deyir. Pulumu “diriltmək” üçün hərəniz 5000 (beş min) manatdan “atışmalısınız”. Həmin vaxtlarda məktəbin təsərrüfat İşləri üzrə direktor müavini işləyən Şölə Qasımova and-aman edir ki, “Siz nə danışırsınız, mənim nəinki 5000 manat, heç 5 dənə “bit”im də yoxdur və üç yetimə baxıram”. O halda direktor “mərkəz”ə məlumat çatdırır ki, “müavinlərimdən biri heç cür “ipə sapa yatmır”, “haqq hesab”a gəlmir”. Belə olan halda baş idarədən az qalırlar ki, direktorun özünü işdən çıxartsınlar. Dəryaz.az-a daxil olan məlumata görə, direktor vəzifəsinə təyin olunan zaman bu şəxsin müsabiqə imtahanından keçməsi şübhələrə də yol açır. Elə ki, vəziyyət “dramatikləşir” o halda direktoru bərk danlayırlar və “sən imtahandan necə keçmisən ki, bir müavindən 5000 manat pul almağı bacarmırsan” deyirlər. Belə olan halda məşvərət-məsləhət edib qərar qəbul edirlər ki, təcili surətdə Şölə Qasımovanı ilk əvvəl “şölələndirmək”, az sonra da “yandırmaq” gərəkdir. Çox keçmir ki, “məşvərəti-məclis”də qəbul olunan qərarın icrasına “start” verilir və direktorla onun “başbilən”ləri adı çəkilən müavinin “torbasını tikib” işdən çıxarırlar. Hələ bu azmış kimi, onun rəhbərliklə bağladığı müqavilənin də ləğvinə nail olurlar. Belə olan halda Şölə Qasımova heç də tənbəllik etmir və hüquqlarını bərpa etmək üçün Suraxanı rayon Məhkəməsinə üz tutur. Sağ olsun adı çəkilən məhkəmənin hakimi Ramil Həsənovu, bu şəxs də ədalətin bərpası naminə ədalətli qərarını elan edir. Yəni, Bakı şəhər Təhsil İdarəsinin və 275 saylı məktəbin direktorunun 08.02.2018-ci il tarıxli 22 saylı əmrinin etibarsız hesab olunması haqda məhkəmə hökmü çıxarır. Hökmdə elan olunur ki, “Qasımova Şölə Qasım qızı işlədiyi məktəbdə əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxmaya görə, cavabdeh Ə.A.Eyvazov adına 275 saylı tam orta məktəbdən iddiacı Qasımova Şölə Qasım qızınının xeyrinə ödənilməmiş əmək haqqı tutulsun”.

Bu arada “Dəryaz”ın “sağ qulağı adı ilə tanınan “Oraq”, adı çəkilən təhsil müəssisəsinin bufetində çay içərkən görür ki, “Qaloş”un “sağ əli” adı ilə məşhurlaşan Natella Musayeva teztələsik harasa qaçır. Bunu görən “Qaloş”un gəlini Xədicə onun qarşısını kəsir ki, “A Natı, noolub hara qaçırsan?”. Cavabında o sevincək əlini əlinə sürtərək “sonra danışarıq, əməliyyata gedirəm” deyə cavab verir.

-Bıy, yoxsa sən həkim işləyirsən?

-Yox aa, nə həkim!

-Bəs nə əməliyyatdır, yoxsa «MTN»-ə işə düzəlmisən?

-Yox ee..direktor deyir ki, mərkəzdən təlimat gəlib ki, məhkəmə qərarı qüvvəyə minməmiş Şöləni işə çağırın və bir-iki gün qalmış müəyyən bir adla yenidən uzaqlaşdırın. O, dərhal özünü direktorun otağına verir. Bu söz “Orağı tutur və “əməliiyat”ın nəticəsini öyrənmək üçün direktorun qapısının ağzını kəsir. 5-10 dəqiqədən sonra direktorun otağından “əməliyytçılar”, o cümlədən “Qaloş”, onun “sağ əli”, “50 manatlıq”, rus dilindən başqa bütün dilləri əzbər bilən və ötən illər ərzində altı töhmətə sahib olan, həmçinin məktəbdə rus sektoru üzrə müavin vəzifəsini daşıyan və 65 yaşlı “yeniyetmə” də, məyus halda otaqdan çıxır. Gəlin xanım özünü saxlaya bilməyib “nooldu əməliyyat alınmadı?” Yox. Şölə dedi ki, “mən məhkəmə qətnaməsi qüvvəyə minməmiş qanunlarımızı pozub işə çıxa bilmərəm.

Baş verənləri təhlil edib belə bir qənaətə gəlirik ki, deyəsən belə bir gedişlə Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi və Fəridə xanım Şərifovanın rəhbərlik etdiyi bu təhsil müəssisəsində təhsilin səviyyəsi, nəinki MDB məkanında olan ölkələrin, hətta Avropa ölkələrinin təhsilinin səviyyəsini də ötüb keçəcək. Odur ki, həm gözləyək, həm də izləyək. Bəlkə gəldiyimiz qənaət əsl həqiqətə çeviriləcək.

Problemlərin varlığını diqqətdə saxlayacağıq.
DİREKTOR MƏHKƏMƏDƏ MÜAVİNİNƏ UDUZDU
DİREKTOR MƏHKƏMƏDƏ MÜAVİNİNƏ UDUZDU
DİREKTOR MƏHKƏMƏDƏ MÜAVİNİNƏ UDUZDU
DİREKTOR MƏHKƏMƏDƏ MÜAVİNİNƏ UDUZDU
DİREKTOR MƏHKƏMƏDƏ MÜAVİNİNƏ UDUZDU
DİREKTOR MƏHKƏMƏDƏ MÜAVİNİNƏ UDUZDU

Şərhlər

XƏBƏR LENTİ