SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Total saxtakarlığın sonu və ya Azər Süleymanov “erası” bitir...

Total saxtakarlığın sonu və ya Azər Süleymanov “erası” bitir...

Tarix:

14-05-2018, 09:49

/ 1 513 dəfə oxundu.
Total saxtakarlığın sonu və ya Azər Süleymanov “erası” bitir...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daima ölkədə korrupsiya və rüşvətxorluğun qrşısını almağa yönəldilmiş inzibati medotlarla yanaşı, müvafiq sahələrdə islahatların aparılmasını da səmərə verdiyini önə çəkir.

Bu məqsədlə, Prezidentin 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanına uyğun olaraq, ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.

Agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq. qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına və şəffavlaşdırılmasına, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzərətin gücləndirilməsinə səbəb olacaq.

Qida Təhlükəsizliyi Agentliyinə sədrliyin bu sahədə peşəkar, tanınmış mütəxəssis Qoşqar Təhməzliyə havələ edilməsi bu gün adıgedən qurumun etibarlı əllərdə olmasından xəbər verir.

Lakin, burunlarında “qaz vurub, qazan doldurmaq” qoxusu qalmış bəzi şəxslərin Agentlikdə “özlərinə yer almaq” cəhdləri də mövcuddur. Belə ki, Agentliyin regional bölməlrində yenə də qara əməllərini həyata keçirmək niyyəti olan Mehman İsmaylov 2010 - cu ildə eks nazir İsmət Abasovun əmri ilə Bərdə rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsindən qovulmuşdu. Mehman İsmaylovun işdən qovulmasına səbəb idarəyə ayrılan təmir pullarını, büdcədən kənar vəsaitin, ümumiyyətlə dövlət vəsaitini və əmlakını mənimsəmək olmuşdu.

Ancaq Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəyə təyin olunandan sonra sabiq nazir Heydər Əsədovu aldadaraq Mehman İsmaylovu yenidən rəis təyin etdirmişdi.

Lakin bu gündə Mehman müəllim havadarı - Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanovdan aldığı “enerji” nəticəsində öz qanunsuz əməllərindən bir addım belə kənarda dayanmayıb. Belə ki, M. İsmaylov Bərdə rayonunda fəaliyyət göstərən ət satışı mağaza, köşklərindən və müəyyən olunmamış yerlərdə satılan ətin küçə satışından hər ay 8-10 min və mal satışı bazarından 5 minə qədər baytarlıq xidməti adı altında pul yığır. Ancaq büdcədən kənar vəsaitin hesabına cəmi hər ay 300-400 manat pul keçirir. Qalan gəlir isə rəisi Azər müəllimlə bölüşülür. Belə olmasaydı M.İsmaylov bu günə kimi vəzifədə saxlanılmazdı.

M. İsmaylov Bərdə rayon Baytarlıq İdarəsi yeni tikilmiş inzibati binaya köçürüldükdən sonra Azər Süleymanovun “xeyr-duası” ilə keçmiş baytarlıq idarəsinin yerləşdiyi, dövlətə məxsus ərazidən bir hissəsini 7 min manata Ağdərə rayonundan qaçqın olan Novruz adlı şəxsə satdı. Novruz isə məqamı fötə verməyərək dövlətin ərazisini hasara alaraq, hətta giriş darvazası da asdı.

2017-ci ildə bu qanunsuzluqları Bərdə rayon Baytarlıq İdarəsində yoxlama aparan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları aşkar edərək rəsmiləşdirilsə də, onun qazancına şərik olan Azər müəllim tərəfindən faktlar üzrə əksini tapmış sənədlər gizlədildi və ört-basdır edildi. Ancaq Mehman İsmaylov Hesablama Palatasının yoxlamasına tuş gəldi. Bu səfər isə Azər müəllim əlini “silahdaşına” uzatmağa cürət etmədi. Palatanın Bərdə rayon Baytarlıq İdarəsində apardığı yoxlama nəticəsində Mehman İsmaylov büdcədən yayındırdığı pul vəsaitinin bir hissəsini dövlətə cərimə qismində qaytarmağa məcbur edildi (Yoxlma sənədləri Xidmətin mühasibatlığında saxlanılır). Rayon baytar həkimlərinin Mehmanın işdən azad olması gözləntiləri boşa getdi və o, A.Süleymanovun “dayılığı” ilə o öz vəzifə kreslosundan qoparılmadı.

İndi isə Mehman İsmaylov-Azər Süleymanov tandemi yeni, gənc nazir İnam Kərimovun məngənəsindən qurtula bilməyəcək.

Bu qədər nöqsanlara yol vermiş və Əmək Məcəlləsinin müvafiq bəndi ilə işdən qovulan Mehman İsmaylovun Agentliyə yeni təyinat alacağı xəbəri mediyanı da təəccübləndirdi. Sosial şəbəkədə Agentliyə vəzifə eşqi ilə gələn Mehman İsmaylovun dosyesi dərc edilən məqalədən dərhal sonra o, sədrin göstərişi ilə Agentliyin yerləşdiyi “Çinar Plaza”nın pilləkənlərini qalxmamış geri-Bərdəyə “yola salınıb”.

Belə bir “şəffaf” bioqrafiyası olan Mehman İsmaylovun Qoşqar Təhməzlinin rəbərlik etdiyi dövlət qurumunda (region şöbələrində) yeralacağı absurddur.

Azər Süleymanov erası bitir?

Uzun müddətdir ki, korrupsiya əməlləri ilə sosial şəbəkələrin gündəmindən düşməyən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov bu səfər mediyada bəzi işbazlarla sövdələşərək, kəsim üçün idxal olunan malqaranın damazlıq kimi sənədləşdirməsi nəticəsində dövlətə rüsüm şəkilində ödəniləcək külli miqdar pul vəsaitinin büdcəyə ödənilməsindən yayındırılmasına bir başa yardımçı olması barədə silsilə yazılarla gündəmə gəldi.

Bundan başqa, cəzasız qalacağına əmin olan Azər Süleymanovun həyata keçirdiyi əməliyyatlar nəticəsində Büdcədən ayrılmış vəsait hesabına alınan alət və baytarlıq preparatlarının alış qiyməti şişirdilir.

Avtomat şprisin istehsalçı-zavod tərəfindən satış qiyməti 80-85 manat olduğu halda, 2018-ci ildə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin baytarlıq idarələrinə 24.01.2018 ci il 01-03-08 nömrəli bölgü əsasında verilmiş hesab- fakturada həmin şprisin bir ədədi 160 manata sənədləşdirilib.

Dabaq xəstəliyinin AO Asiya 1 tipinə qarşı vaksinin istehsalçı Şelkovskiy Bioloji Kombinatında min dozasının satış qiyməti (çatdırılma xərci də daxil olmaqla) 170-180 manat oduğu halda, 2016-ci ildə 409 manat və 2018-ci ildə isə min dozası 603 manata sənədləşdirilib.

Azər Süleymanov rəhbəri erməni (Gürcüstan vətəndaşı) Qor Rafaeloviç Xeçoyan olan «Meqavet» şirkəti nümayəndəsi arasında büdcədən ayrılan pul vəsaitinin 35 faiz “otkat” sövdələşməsi baş tutduqdan sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderin “qalibi” oldu. Və beləliklə, ucuz alınıb, baha qiymətlə sənədləşdirilən keyfiyyətsiz dabaq əleyhinə vaksin ölkəmizə gətirildi. Və heyvanlarda xəstəliyə qarşı heç bir immunitet yaratmadı. Buda A.Süleymanovun büdcəyə vurduğu növbəti total zərbələr kolleksiyasından biri .
2018-ci ildə Eks-nazir Heydər Əsədovla korrupsiya əməllərinə görə “iş birliyi” yaradan Azər Süleymanov yenə də keçirdiyi tender bioloji preparatların Rəhbəri erməni (Gürcüstan vətəndaşı) Qor Rafaeloviç Xeçoyan olan şirkətdən alınmasını ictimayyətdən yayındırmaq üçün arada vasitəçi rolunu oynayan Azərbaycan Şirkətinin “köməyi” ilə baş tutdu...

Bundan başqa, ucuz alınmış, yararlıq müddətinin bitməsinə az qalmış baytarlıqda tətbiq edilən müalicə preparatlarının alınıb gətirilməsində total saxtakarlıqlara yol verilir. A.Süleymanov rayon, şəhər baytarlıq idarələr rəislərini yararlıq müddətinin bitməsinə az qalmış preparatların saxta sənədlərlə silinməsinə məcbur edir. Bu yolla getməyənlər isə Heydər Əsədovun iki tərəfi də kəsən “qılıncına” tuş gəlirdi. Hətta A.Süleymanova güc gələn tamahı onun büdcədən dəftərxana ləvazimatları alınmasına ayrılmış vəsaitə də əl atmasına səbəb oldu.

Yeni nazir İnam Kərimov təyin ediləndə təhlükəni hiss etmiş A.Süleymanov Dövlət Baytarlıq Xidmətinin İnzibati binasının zirzəmisində saxladığı məişət soyuducularını, kompyuterləri tələsik maşınlara yükləyib rayonlara göndərir. Hələ bu günə qədər mütəxəssislərin görmədiyi dəftərxana ləvazimatlarını gətizdirdi. Bu isə yenə də A. Süleymanovun qaranlıq işlərinə dalalət edir.

Bu günlərdə kənd təsərrüfatı naziri İnam Kərimovun Qubada fermerlərlə gürüşü, xüsusən də heyvandarlıq üzrə fermer İldırım Məmmədovla əsil dövlət məmuruna layiq söhbətləri, fermerin min cür əzabla yetişdirdiyi quzunu əlinə götürməsi jesti ictimaiyyət arasında olduqca rəgbətlə qarşılandı.

İldırım Məmmədov müsahibəsində belə yestin eks-nazir Heydər Əsədovdan görmədiyini, hətta bir vətəndaş olaraq qəbuluna belə düşə bilmədiyini bildirdi.

A.Süleymanov da öz sələfindən geri qalmır

Bir dəfədə də olsun Azər müəllim fermerlərin, heyvandar işçilərinin yanında görünmədi. Səbəb isə aydındır. Azər bəy verilən məlumata görə keçirdiyi ağır əməliyyatdan sonra uzaq yola səfərə gedə bilmir.

Dəbdəbəli kabinetini, asılqanda qalmış parıltılı xüsusi geyim formasından, idxal-ixrac, dərma preparatlarından gələn gəliri buraxıb rayonlara getmək ona sərf etmir. Çünki bilir ki, yerlərə gedəndə fermerlər yaxasından tutub, ölkəyə gətirdiyi keyfiyyətsiz vaksinin, effekti olmayan dərman preparatlarının, heyvanlarının ölməsinə səbəb olan brusellyoz, dabaq, qarayara, xlamidioz, yoluxucu dermatit xəstəliyinin haq-hesabını çəkəcək. Azər müəllim isə qazandığı haqqın hesabını, yalnız Heydər Əsədova verməyə bir növ adət etmişdir.

Heydər Əsədov-Seyfəddin Talıbov (nazir müavini)-Azər Süleymanov tandeminin bu sahədə törətdikləri qanunsuz hərəkətlərin qarşısının alınmasında aidiyyatı dövlət qurumları bu günə qədər susqunluq nümayiş etdirdilər. Lakin ölkə başçısının qətiyyətli addımı nəticəsində İnam Kərimovun nazir təyin edilməsi Seyfəddin Talıbov və Azər Süleymanov mifinin sona çatmasına doğru gedir.

İndi Azər Süleymanovun qanunsuz əməllərindən xəbərdar olanların gözləri gənc nazirlmiz İnam Kərimovun korrupsiya bulaşmış, 3 il müddətində artıq milyonçuya çevrilən, I qrup əlliliyi olan Azər Süleymanovun və onun yaratdığı “pulyığanlar” qrupu üzvlərinin- Aydın Hüseynov, Tahir Abdullayev, Kamran Məmmədov, Oktay Həmidov, Mübariz Nəbiyevin, dayısı oğlu Elşadın və digər layiq olmadıqları vəzifə verdiyi tələbə yoldaşlarının işdən kənarlaşdırma əmrinə və mövcud faktları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərəcəyi təqdimata imza atmasına dikilib.

Sevda Mamedova

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ