XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
Bu gün, 15:24

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə bu ölkənin Azərbaycandakı səfiri Alim Bayelə I dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Alim Bayel 2023-cü ilin aprel ayından etibarən Qazaxıstanı ölkəmizdə uğurla təmsil edir.

İyulun 2-si Qazaxıstanda Diplomatik Xidmət Günü qeyd olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.