SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » General Məhərrəm Əliyevin qohumu otel açdı

General Məhərrəm Əliyevin qohumu otel açdı

Tarix:

3-05-2018, 11:54

/ 2 173 dəfə oxundu.
General Məhərrəm Əliyevin qohumu otel açdı

Bir müddət əvvəl ''Azpetrol'' yanacaqdoldurma məntəqəsinin əməkdaşı döydüyünə görə həbs edilən İsa Əzizov Bakıda otel biznesinə girişib.

Criminal.az xəbər verir ki, müxtəlif vaxtlarda qolunun gücünü göstərməklə gündəmə gəlmiş İ.Əzizov artıq iş adamı kimi təbriklər qəbul edir.

İ.Əzizov Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni istifadəyə verilmiş JOYY HOTEL SPA-ya rəhbərlik edir. O, Criminal.az saytına otel açması ilə bağlı xəbəri təkzib etsə də, özünün ''instagram'' profilində yeni biznesi ilə bağlı təbrikləri qəbul edir.

Criminal.az xaytırladır ki, İ.Əzizov ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin yaxın qohumudur. O, Bakıda müxtəlif vaxtlarda davaları ilə gündəmə gəlib. Hətta son davalarından birinə görə məhkəmnin hökmü ilə həbs edilmişdi. İ.Əzizov 2016-cı ilin yanvarında dostları 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində Tbilisi prospektində yerləşən AZPETROL yanacaqdoldurma stansiyasında oranın əməkdaşı Sadiq Bağırovu döyüb. Polis tərəfindən saxlanılan İ.Əzizov məhkəmənin hökmü ilə 30 sutka həbs edildi.
İ.Əzizov bundan başqa 2015-ci ilin mayında Bakıdakı Famous karaoke klubunda qizları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş.
İ.Əzizovun son davası isə "Dalğa Beach-Aqua Park” istirahət mərkəzinində olub. O, istirahətə gələn gəncin qulağını partlatmışdı. Dava istirahət mərkəzində əyləncəli atraksionda sürüşərkən istifadə olunan döşəkçəni üstündə düşüb. Orda əylənən bir gəncə yaxınlaşan İ.Əzizov ona sürüşəndən sonra döşəkçəni ona verməsini deyib. Həmin oğlan isə döşəkçəni İsaya deyil, qıza verib. Buna əsəbləşn İsa yümruqla həmin gəncə zərbə vurub. Zərbənin təsirindən oğlan hovuza düşüb. Qulağından qan gələn gənci mərkəzin işçiləri özünə gətirib. Mühafizəşilər münaqişəni elə yerindəcə həll ediblər.

İ.Əzizov isə həmin vaxt dava etməsini təkzib etmişdi.

Şərhlər

XƏBƏR LENTİ