SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gömrük Komitəsində bütün rəhbərlik naxçıvanlıdır – SİYAHI

Gömrük Komitəsində bütün rəhbərlik naxçıvanlıdır – SİYAHI

Tarix:

30-04-2018, 09:14

/ 4 124 dəfə oxundu.
Gömrük Komitəsində bütün rəhbərlik naxçıvanlıdır – SİYAHI

Azərbaycan yeni islahatlar mərhələsinə qədəm qoyub. Ölkə prezidenti İlham Əliyevin ortaya qoyduğu siyasi iradə, yürütdüyü məqsədyönlü siyasət Azərbaycanın gələcək inkişafının daha böyük konturlarını çizib.
Bu gün ölkəmizdə bütün sahələr üzrə daha böyük inkişaf əldə etmək üçün islahatlara start verilib. Artıq bir neçə nazir vəzifəsindən kənarlaşdırılıb, gənc kadrlar önə çəkilib. Ələlxüsus, yeni islahatlarda diqqətçəkən məqamlardan biri "qohumbazlığ"ın, "yerlibazlığ"ın əsas meyar kimi götürülməməsidir. Lakin çox təəssüf ki, Gömrük Komitəsində bu hal hələ də qalmaqdadır: burada bütün rəhbər heyət naxçıvanlıdır, eyni zamanda qohum-əqrabalardır. Gömrük Komitəsinin bundan əvvəlki sədri Aydın Əliyevin müavinləri, idarə rəisləri, xüsusi təyinatlı şöbələrin hamısının rəhbərləri naxçıvanlılar idi və indi də belədir. Hesab edirik ki, yeni Komitə sədri S.Mehdiyev bu bəladan, "yerlibazlıq" sindromumdan canını qurtarmalıdır. Əks halda Gömrükdə şəffaflığı təmin etmək mümkün olmayacaq. Halbuki S.Mehdiyevin də bunu bacaracağına şübhə edirik. Çünki "yerlibazlıq", "qohumbazlıq" gömrük sistemində dərin kök salıb.

İNTERİNFO.AZ xəbər agentliyi Gömrük Komitəsindəki yüksək vəzifə tutan naxçıvanlıların siyahısını təqdim edir:

Sədr - Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi.
Müavin - Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm.
Müavin - Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad.
Müavin - Məmmədov Nazim, 1951, Naxçıvan, Ordubad.

Digər struktur rəisləri:

İstintaq idarəsinin rəisi - Rəşad Zalov, 1980, Naxçıvan şəhəri.
Karlar idarəsinin rəisi - Faiq Şahbazov, 1963, Naxçıvan şəhəri.
Xarici Əlaqələr İdarəsi rəisi - Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur.
Hüquqi təminat şöbəsi rəisi - Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz.
Mətbuat Xidmətinin rəisi - Natiq Axundov, 1977, Naxçıvan şəhəri.
Katibliyin rəisi - Firudin Məmmədov, 1962, Naxçıvan, Babək.

İNTERİNFO.AZ

Şərhlər

XƏBƏR LENTİ