SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yəqin ki, Əsədovun bu adamı da gedəcək... - Gözlənti

Yəqin ki, Əsədovun bu adamı da gedəcək... - Gözlənti

Tarix:

24-04-2018, 09:35

/ 1 528 dəfə oxundu.
Yəqin ki, Əsədovun bu adamı da gedəcək... - Gözlənti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 aprel tarixli Sərəncamında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun yer almaması son illər cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlardan biridir.
Saytımıza kənd təsərrüfatı sistemində problemlərin mövcud olması barədə müraciət edən çoxsaylı oxucularımız cənab İlham Əliyevin bu addımını alqışlayır və minnətdarlığını bildirir.
Prezident daima iş adamlarına dəstək verməklə, bəzi dövlət qurumlarının onlara qarşı ədalətsiz, süründürməçilik, biganəlik və pul tələb etmələrinin qarşısının alınması istiqamətində müntəzəm ciddi tədbirlər həyata keçirir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov isə Prezidentin tapşırığını qulaqardına vurur.
KİV-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş alıb gedən korrupsiya faktlarından, küçələri antisanitar vəziyyətə yaradan qanunsuz malqara kəsimindən pullu xidmət adı ilə pul toplanması, sahibkarların qeyri-qanuni incidilməsi və s. faktlar barəsində silsilə yazılar dərc edilsədə, Heydər Əsədov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov barəsində tədbir görmədi.
Rəhbəri erməni (Gürcüstan vətəndaşı) Qor Rafaeloviç Xeçoyan olan «Meqavet» şirkətinin nümayəndəsi büdcədən ayrılan 2.5 mln manatın 35 faizinin "qaytarılmasına” razlıq verdikdən sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderin ”qalibi” oldu.

Dövlətimiz əhalinin sağlamlığı istiqamətində müxtəlif dövlət proqramları işləyərək həyata keçirir. Azər Süleymanov isə xaricdən büdcə vəsaitinin talan edilməsi hesabına brusellyoz, vərəm, xlamidiozla xəstə heyvanlar alıb gətirərilməsində əsas rol oynayır. Pul mənimsəmək üçün insanları xəstəliklərə, xüsusən sonsuzluq xəstəliyinə düçar olmasına şərait yaradır.
Ona görə də Səhiyyə Nazirliyinin statistikasına nəzər yetirdikdə insanlar arasında brusellyoz, vərəm, xlamidioz xəstəliklərinin artmasının şahidi oluruq.

Heydər Əsədov-Seyfəddin Talıbov (nazir müavini)-Azər Süleymanov tandeminin bu sahədə törətdikləri qanunsuz hərəkətlərin qarşısının alınmasında aidiyyatı dövlət qurumları bu günə qədər susqunluq nümayiş etdirdilər. Lakin ölkə başçısının qətiyyətli addımı nəticəsində Seyfəddin Talıbov və Azər Süleymanov mifinə son qoyulmağa döğru gedir.
Azər Süleymanov heyvan mənşəli məhsullarının idxal-ixracına baytarlıq icazəsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət edən hər bir iş adamından yükün miqdarından (çəkisindən) asılı olaraq, özü hazırladığı və bir surəti "Qara kassiri”, yüklərə nəzarət söbəsində sektor müdiri Aydın Hüseynovda gizli saxlanan "PREYSKURANT”a uyğun rüşvət alır.
Saytlarda gedən bir yazıdan sitat:: "Təkcə H.Əsədovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəhbər gətirdiyi Azər Süleymanovun fəaliyyətinə diqqət etmək kifayət edir ki, durum aydınlaşsın. H.Əsədov A.Süleymanovu həmin vəzifəyə 2 il əvvəl gətirsə də, gələn məlumatlar onu deməyə əsas verir ki, o, artıq milyonçular klubunun qapısını ürəklə döyə, içəri keçib yuxarı başda otura bilər”sitatın sonu.
Prezident Administrasiyasında, Respublikanın hüquq-mühafizə orqanlarında Korrupsiya ilə mübarizə tədbirlərinə, bu sahədə ölkə başçısı tərəfindən imzalanan hüquqi sənədlərə məhəl qoymayan, iş adamlarının qənim kəsilən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər İdris oğlu Süleymanovun və Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə gedən şikayət qovluqları və özbaşınalıqlarla dolu faktlar dosyesi yaranmışdı.
I qrup əlilliyini gizlədilən Azər Süleymanov Xidmətdə işi, digər qanunsuz əməlləri ilə bərabər, biri də qohum və tələbə yoldaşlarını vəzifələrə təyin etməkdir.
A.Süleymanovun tərtib etdiyi "menyu”da dayısı oğlu, Respublika Baytarlıq Laboratoriyasının direktor müavini Elşad Rzayev, tələbə yoldaşı Respublika Baytarlıq Laboratoriyasında şöbə müdiri, təqaüdçü Mübariz Nəbiyev, Respublika Baytarlıq Laboratoriyasında ixtisasına uyğun olmayan və verilən məlumata görə ictimai təhlükəli əməllərinə görə məhkum edilmiş şöbə müdiri Əhəd Əliyev, Dövlət Xidmətində qanunsuz müqavilə ilə dövlət qulluğu komissiyasından keçmədən sektor müdiri təyin etdiyi "qara kassiri” Aydın Hüseynov var.

Bundan başqa, Abşeron Rayon Baytarlıq İdarəsinin rəisi peşəkar mütəxəssis Fəxrəddin Səmədovu qanunsuz işdən çıxararaq yerinə təyin etdiyi tələbə yoldaşı və kadrların təyinatından pulyığanı Tahir Abdullayev, səhv buraxmadan ərizə yazmağı belə bacarmayan, günlərlə idarədə tapılmayan tələbə yoldaşı Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi Kamran Məmmədov, tələbə yoldaşı Göygöl rayon Baytarlıq İdarəsinin rəisi Oktay Həmidov, Göygöl rayon Baytarlıq İdarəsinin rəisinin müavini Arzu, tələbə yoldaşı Şirvan Rayonu Baytarlıq İdarəsinin rəisi Oqtay Xəlilov Azər müəllimin "korrupsiya şəbəkəsində” bulanırlar. Onlar Azər müəllimin vermiş olduğu külli ixtiar əllərindən çıxacağına görə bərk təşvişdədir.

Hətta Heydər Əsədov Kənd Təsərrüfatı nazirliyinin kollegiya qərarı ilə işinin öhtəsindən gələ bilmədiyi və digər əməlinə görə Respublika Baytarlıq Laboratoriyasının direktoru vəzifəsindən azad edilən Elman Aslanovu "Daşdan pul çıxarandır” adı ilə Sumayıt Şəhər Baytarlıq İdarəsinə rəis təyin etdi. O, isə sosial şəbəkəlrdə yayımlanan "Referendumda rüsvayçılıq:nazirin adamı belə pul yığır məqaləsi ilə "məhşurlaşdı”

Məqalədə deyilir: ümumxalq səsverməsi günü Sumqayıt Şəhər Baytarlıq İdarəsinin terapevt-baytar həkimi Qalib Süleymanov şəhərdə fəaliyyət göstərən "Tural” şadlıq evinə gələrək mətbəxdə işçilərin qarşısında 5 baş quzu cəmdəyinin sənədi olmadığı üçün 100 manat pul istəyib. Ona verilən 20 manatı az olduğundaqn qəbul etməyib. Olayın görüntüsü sosial mediyada yayımlanmışdır. Bəllidir ki, Sumqayıt şəhər Baytarlıq İdarəsi rəisi Elman Aslanov məzuniyyətdə olan Qalib həkimə "get daşdan pul çıxar” əmrini vermişdir.

Dövlət Xidmətinin son illərdəki fəaliyyəti sahibkarların heyvan mənşəli məhsulların idxal-ixracından qeyri-qanuni əldə edilən gəlirlər isiqamətinə yönəldiyindən (Azər müəllimin yaxın adamları bu gəlirdən aylıq paket alır-red.) əhalinin malqarasına baytarlıq xidmətinin göstərilməsi arxa plana keçib.


Belə ki, sosial şəbəkələrdə, televiziya efirlərindən və mütəxəssislərin mediayaya açıqlamasında verilən xəbərlərə əsaslanaraq, mal-qaranın kütləvi tələf olmasına səbəb olan yoluxucu Nodulyar dermatit, qarayara, insanların brusellyoza yoluxması, keçən il İmişli, Salyan, Sabirabad, Şamaxı və Kürdəmirdə iri və xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin baş verməsi və hal-hazırda əhalinin toyuqlarının yoluxucu xəstəliklərdən qırılması bu dövlət qurumunun qanunla müəyyən edilmiş ona verilən vəzifələrin tam icra etməməsinə bir daha təksibedilməz sübutdur.

Bu qədər gəlirlə kifayətlənməyən Azər müəllim xəstəliklərlə mübarizəni təşkil etmək əvəzinə, tabeliyində olan ali təhsilli baytar həkimlərini "səfərbər” edərək ət mağazalarından, kəsim yerlərindən Göygöl rayonunda ona məxsus olan balıqçılıq təsərrüfatnda balıqları yemləndirmək üçün heyvan dalağı yığdırır.
Musavat.com-a İş adamı Asif Hacıyev Dövlət Xidmətində ondan açıq-aşkar rüşvət tələb edildiyini belə bildirib: "Özləri üçün preyskurant müəyyənləşdiriblər, 26 min manat dəyərində mal gətirmişəm, onun 10 faizini rüşvət kimi tələb edirlər”...
Adıçəkilən Dövlət qurumunda qanunsuzluqlar ilə bağlı, habelə istərsə də xəstəliklərdən malqaranın tələf olması üzündən vətəndaş narazılıqları həmişə yüksək olub. Qurumda baş verən olaylar barədə şəxsən Prezidentin ünvanına, hüquq–mühafizə orqanlarına və KİV–nə müraciətlər gedir. Ancaq sosial şəbəkələrdə A. Süleymanovun qanunla bir araya sığmayan fəaliyyətləri barədə məlumatlar müntəzəm olaraq dərc edilsə də, illər boyu məhz himayədarının sayəsində ona toxunulmayıb. Hələlik A. Süleymanovu qohumu, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun kürəyinə söykənən "müqəddəs əli” başverəcək bəlalardan qoruyur.
Azərbaycanda qanunla qadağan olunmasına baxmayaraq, bir çox dövlət məmurlarının biznes və kommersiya obyektlərinə sahib olmaları heç kimə sirr deyil. Azər müllim də bu tendensiya "sadiq” qalaraq doğulduğu Göygöl rayonunda "Karusel” İstirahət Mərkəzinin bir başa sahibidir.
Doğrudur, həmin "Karusel” İstirahət Mərkəzi sənəd üzərində "ona məxsus deyil” kimi göstərilir. Ancaq Azərbaycan elə də böyük ölkə olmadığı üçün hər kəsin bir çox məsələdən xəbəri olur. Bu yaxınlarda Bakı şəhəri S. S. Axundov küçəsi, 7C ünvanında "İsmayıloğlu” MTK-nın inşa etdiyi hündür mərtəbəli binanın II Ala qapı, 6-cı mətəbəsində aldığı iki mənzili və Mehtiabadda tiktirib başa çatdırdığı villası da onun həqiqətən dövlət məmurluğundan "səmərəli” istifadə etməsindən bir daha xəbər verir.
Bəli, Azər müəllim kuratoru Seyfəddin müəllimin məsləhəti ilə binadan mənzil alanda mərtəbəni də bütövlüklə alır. Bütün bunlar sistemindəki durumu ortaya qoyan bir faktdır. Məmur, nəhayət, öz əməllərinin cəzasız qalmayacağına əmin olmalıdır.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin baytar həkimləri baytarlıq sahəsində dövlət vəzifələrini icra etmək əvəzinə, rəhbərlərinin vərdişinə sadiqlik göstərərək, hərəsinin əlində bir kalkulyator qanunla müəyyən edilməmiş yerlərdə kəsilib, elə küçələrdə satılan heyvan cəmdəklərinə "möhür vurmağa və "xidmət haqqı” yığmağa məcbur edilir.
Xidmətdə keçirilən yığıncaqlarda əsas baytarlıq sahəsinin müdirlərlərinin neçə ət mağazalarına "xidmət” göstərməsi və nəqədər haqq yığması müzakirə edilir və bu vaxtı rəhbərliyin də xitabət kürsüsündə olan kalkulyator "işə yarayır”.
2017- ci ilin 11 iyun tarixində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun sədrliyi ilə keçirilən Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bakı Şəhər Baytarlıq İdarəsinin bazarlarda fəaliyyət göstərən baytarlıq–sanitariya ekspertiza laboratoriyalarının və sahə baytarlıq məntəqələrinin büdcədənkənar pullu xidmətə həsr edilmış Kollegiya iclasında işçilərə qarşı analoqu olmayan yeni "metod” tətbiq edilmişdir.
Belə ki, Əmək qanunçuluğu pozularaq, işçilərin iş yerləri meyxana yarışında olduğu kimi, püşk atmaqla dəyişdirilmişdir.

Həmçinin, kecirilən iclasda yalnız laboratoriya və məntəqələrdə az pul toplanması müzakirə edilmışdir. Çünki, rəhbərliyi bu qurumların inkişafı üçün önəmli olan işlər maraqlandırmır. Onlar üçün ən vacib olan özlərinin maddi təminatları məsələsidir. Belə ki, iclasda hər bir laboratoriya və məntəqə müdirlərindən yalnız bir sual- "NEÇƏ ƏT DÜKANIN VAR, NƏ QƏDƏR GÜNDƏLİK və AYLIQ PUL YIĞIRSAN” soruşulurdu.
Əminliklə bilirik ki, ölkə başçısının korrupsiya qarşı barışmaz mübarizə barədə verdiyi tapşırığa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi hüquq-mühafizə orqanları ilə birlikdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov haqqında qanunamüvafiq tədbirlər görüb, nəticə barədə ictimaiyyəti məlumatlandıracaq.
Miq.az

Şərhlər

XƏBƏR LENTİ