Azərbaycanda yeni qurumlar yaradıldı - Nazirlər Kabinetindən qərar
Nazirlər Kabineti "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli qərarında dəyişiklik edib.
Qərara əsasən, Xaçmaz rayonundakı "Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC və "28 May” taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.
Dəyişikliyə əsasən, Xaçmaz rayonundakı "Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin tabeliyinə veriləcək. Yaradılmış "Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC isə ləğv edilib, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı təşkilat kimi "28 May” Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC yaradılıb.
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli qərara əsasən, Quba rayonundakı "Meyvə tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC və "Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılmışdı. Dəyişikliyə əsasən isə Quba rayonundakı "Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC-nin adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC adlandırılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...