XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Ekspert “Kontak Home”u yıxıb sürüdü: - “…Pulunu verdin, rədd ol cəhənnəmə”

Ekspert “Kontak Home”u yıxıb sürüdü: - “…Pulunu verdin, rədd ol cəhənnəmə”

Ekspert “Kontak Home”u yıxıb sürüdü: - “…Pulunu verdin, rədd ol cəhənnəmə”
4-04-2018, 12:52

““Kontakt Home” ticarət şəbəkəsinin 143 qaynar telefon xətləri var, oğulsan bir şikayətlə bağlı kiminləsə əlaqə yarada biləsən, mümkün deyil”

Bu sözləri olan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

“El bizim, sirr bizim” verilişinə qonaq olan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Kontakt Home” haqqında sərt sözlər danışıb:

“Alıcı ilə Biznes qurumu arasında əlaqələrin nə qədər sıx olduğunu yoxlamağın bir neçə yolu var. Misal üçün, biznes qurumların qaynar telefon xətləri olur. Bir çox biznes qurumu ilə şikayətlə bağlı əlaqə yaratmaq istəyəndə söndürürlər, istehlakçı ilə əlaqəyə girmirlər, amma mal satmaq deyəndə üstünə yeriyirlər.

Məsələn, “Kontakt Home” ticarət şəbəkəsinin 143 qaynar telefon xətləri var, oğulsan bir şikayətlə bağlı kiminləsə əlaqə yarada biləsən, mümkün deyil. “Pulunu verdin, rədd ol cəhənnəmə!” prinsipi ilə işləyirlər.

Minval.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.