SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gənclik Mall-da bizi necə aldadırlar - FOTOFAKT

Gənclik Mall-da bizi necə aldadırlar - FOTOFAKT

Tarix:

26-03-2018, 15:39

/ 1 704 dəfə oxundu.
Gənclik Mall-da bizi necə aldadırlar - FOTOFAKT

Market və supermarketlərdə qiymət fırıldaqlarından çox yazmışıq.İndi isə vətəndaşların hissləri ilə oynayan böyük satış mərkəzlərində olan uşaq mağazalarının biri haqqında oxucuları məlumatlandırmaq istəyirik. Bu məlumatı sosial şəbəkədə fəal olan oxucumuz göndərib.
Şikayətçi yazır:

"O qədər öyrəşmişik ki, hər gün bir hadisəyə rast gəlməsək, ölkəmizdən narahat olmağa başlayırıq ki, görən bir şey baş verməyib?
Deməli, bizim körpə nə vaxtdandır dəng edirdi ki, üstündə dayanıb hopanan çubuğa bənzər oyuncaq alım. (heç bilmirəm necə adlanır)
Özüdə deyirdi ki, mən daxlımda pul yığmışam, çatmayan hissəsini də sən mənə borc ver sonra daxılda yığıb qaytararam. (daxıl üçün pulu məndən qoparır)
Körpə satılan yeri də tapdı. Gənclik mol ticarət mərkəzinin uşaq oyuncaqlar dükanında.
Əlqərəz uşağı bu gün apardım ki, gedək alaq o oyuncağı.
Sən demə, qutuda satış qiymətini 49 AzN yazmaqlarına baxmayaraq, kassa piştahtasında sevindirdilər ki, oyuncaq 49 yox 59 AzN olub.
Sağ olsunlar təklif elədilər ki, istəsəm oyuncağı almaya da bilərəm.
Dedim deyəsən paixologiyanı yaxşı bilirsiniz, buraya qədər gəlmişiksə, burada uşağın könlünü qıran deyiləm ki.
Dostlar sözün qısası, nəzərə alın ki, nəinki ərzaq mağazalarında həm də digər alış-veriş yerlərində təzə dəbə minmiş fırıldaqla qarşılaşa bilərsiniz.
P. S. Şəkildə göstərdiyim qəbz əslində rəsmi kassa qəbzi deyil.

Teref.info
 Gənclik Mall-da bizi necə aldadırlar - FOTOFAKT
 Gənclik Mall-da bizi necə aldadırlar - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ