SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DYP inspektoru Sahil Səmədov Daxili İşlər Naziri Ramil Usubovu aldatmağa cürət etdi! - FOTO/VIDEO

DYP inspektoru Sahil Səmədov Daxili İşlər Naziri Ramil Usubovu aldatmağa cürət etdi! - FOTO/VIDEO

Tarix:

15-03-2018, 11:38

/ 5 548 dəfə oxundu.
DYP inspektoru Sahil Səmədov Daxili İşlər Naziri Ramil Usubovu aldatmağa cürət etdi! - FOTO/VIDEO

İki gündür aparılan araşdırmalar heç bir nəticə vermədi. Ötən gün (12.03.2018), 11.03.2018-ci il tarixində DYP əməkdaşının qanunsuz olaraq vətəndaşı təqib etməsi və ona şər-böhtan ataraq mənzilinin avto dayanacağına daxil olması ilə bağlı Bakunews.az-da məqalə dərc edilmişdi. Həmin məqalədən dərhal sonra Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Nüşirəvan Səfərovun məsələnin araşdırılması ilə bağlı verdiyi göstəriş əsasında Jurnalistin iştirakı ilə TŞK görüntülərinə baxıldı. Lakin görüntülərdən də məlum olduğu kimi vətəndaş Səfa Sadıqov iddialarında haqlıdır. İnspektor Sahil Səmədov vətəndaşa haqsız yerə qərəzli mövqe sərgiləyib.
Özünün qanunsuz əməllərinə “mələk” donu geyindirən Sahil Səmədov maddi sübutları şəxsi imkanları hesabına gizlədərək yuxarı instansiyalara yalan məlumat verməyə nail olub. 600 azn maaşla 120 minlik Lexsus markalı avtomobil idarə edən, milyonluq villalarda xoş saatlarını keçirən inspektor Nazirin ona həvalə etdiyi bu məsuliyyətli peşəni dəb-dəbəli həyatı ilə qarışdırıb. Vətəndaşı şəxsi labirintinə salmağa cəhd edən Sahil bəy sözsüz ki, özünün bu çirkin əməlinə vəzifəli şəxsləridə qatması məntiqə uyğun hesab edib. Lakin hüquqi dövlətdə yaşadığını bir anlıq unudub.
“Maşınımın qaytarılmasını BŞDYP-dən tələb etdim ancaq onlar mənə bunun yalnız cəriməni ödədikdən sonra mümkün olacağını bildirib Sail Səmədovu müdafiə etdilər. “Bütün görüntülərdəndə aydındır ki, qardaş mənim günahım yoxdur. Nəyə görə cərimə ödəməliyəm?” bildirdikdə. “Xoşundursa maşının budur ödə pulu apar, deyilsə get məhkəməyə müraciət et” deyə vətəndaşa bildirilib. TŞK görüntülərindən də aydın olur ki haqlı olan Səfa Dadıqov məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini və Sahib adlı inspektorun vəzifəsinə xitam verilməsi ilə bağlı iddia qaldıracağını qeyd edib. Eyni zamanda bütün təkidlərə baxmayaraq AYPATRUL çəkilişlərini ortalığa çıxarmaqdan imtina edən DYP inspektoru Sahilin himayəçiləri dəlillərin vətəndaşa təqdim edilməsini təmin etməkdən belə imtina ediblər. Vətəndaşı qanunsuz mənzilində saxlayan şəxsinə nalaiq ifadələr işlədən onu öldürməklə hədələyən DYP əməkdaşını kimlər niyə müadifə edir anlaşılan deyil. Elə isə bu “şəhər qladiatorunu “müdafiə edən şəxslər, kiçik araşdırmamızdan ortaya çıxan bir neçə sualımıza aydınlıq gətirsələr məsələ bizə və ictimaiyyətə də aydın olar.
İçki məclislərində eyş işrətlə məşğul olan, vəzifə başında belə “vurmaq”dan çəkinməyən, bunu şəxsi instagram profilində də yayımlayan milyonluq həyatını sinəsinə döyə-döyə bəyan edən, “burda mənəm bağdatda da kor xəlifə” misalı hegemoniya göstərən bu şəxsi müdafiə etməkdə Zeynal Seyidovun marağı nədir?
Sosial şəbəkələrdə kriminal aləmlə əlaqələrinin olduğunu kimlərəsə inandırmağa çalışıb, ətrafına qırmızı zona çəkən, hətta dövlət əlehinə kəskin çıxışları ilə seçilən səhifələrdən cənab prezidenti məsxərəyə qoyan, şəxsini alçaldacaq paylaşımları yayımlamaqdan çəkinməyən bu şəxsi polis sıralarında təkidlə saxlayan fərdlər kimlərdir və məqsədləri nədir?
Ümid edirik ki aidiyyəti qrumlar və Dİ naziri cənab Ramil Usubovun qoyduğu qaydalara (Buna missal, daxili nizamnamənin tələblərinin pozulmasına) əhəmiyyət verməyən Sahil Səmədovun barəsində geniş araşdırma aparılmasına göstəriş verilər.

Məsələni diqqətdə saxlayacağıq.

Sahil Səmədovun kobud şəkildə qaydalara əməl etmədiyi həmin görüntüləri oxuculara təqdim edirik:

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ