XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Türkiyəli sahibkar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayətçi düşdü - SƏBƏB

Türkiyəli sahibkar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayətçi düşdü - SƏBƏB

Türkiyəli sahibkar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayətçi düşdü - SƏBƏB
21-02-2018, 16:50

Bir neçə gün əvvəl Prezident Administrasiyası rəsmisi də son amanlar ayrı-ayrı tikinti şirkətlərindən vətəndaş narazılıqlarının artması faktını rəsmən ifadə etmişdi. Və konkret olaraq adlar da çəkilmişdi. Elə redaksiyaya daxil olan şikayət ərizəsində də həmin siyahıda adı yer alan "İnter MMC" ilə bağlı qalmaqaldan bəhs olunur. Belə ki, Azərbaycan Respublikasının Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə idarəsinin rəisi Cənab Kamran Əliyevə müraciət edən Bakı şəhəri Ağa Neymətulla küçəsi 61 mənzil 16 yaşayan Hikmət Yiğitdöl ( türk vətəndaşı) çox ilginc ittihamları səsləndirir. Həmin müraciətin DİA.AZ-a daxil olan nüsxəsində deyilir:

"Bununla yazıb sizin nəzərinizə çatdırıram ki, mən və 3 nəfər təsisçisi olduğumuz "Hom Paş Prestij MTK" 2008-ci ildə Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq hündür mərtəbəli bina tikintisinə başlamışıq.2 bloku bitirdikdən sonra 2013-cü ildə Əliyev Qabil Tofiq oğlu ilə tanış oldum və onla bərabər 3-cü blokun tikintisinə başladıq.Öz aramızda müqavilə bağladıq ki, tikintidən 20% ona pay verməklə tikinti işlərini o aparacaq və lazım olan maliyyə vəsaitini tikintiyə ayıracaqdır. Bunun qarşılığında biz ona həmin 20%-i verməyə vəd verdik.O mənim burda olmamağımdan istifadə edib dələduzluq yolu ilə ikinci möhür düzəltdirərək və biz təsisçilərin təsis protokolu və razılığı olmadan Bakı şəhəri İcra hakimiyyətinə məktubla müraciət edərək mənim adımdan saxta imza ataraq torpağı 0.73 ha torpaq sahəsini özünəməxsus İnter MMC-nin adına keçirilməsi barədə müraciət etmişdir.Bakı şəhəri icra hakimiyətinin 23 oktyabr 2015-ci il tarixdə sərəncam aldıqdan sonra tikintini özünəməxsus İnter MMC-nin adından aparmış və vətəndaşlara yaşayış və qeyri – yaşayış sahəsi satmışdır.Mən bunu bildikdən sonra 2 saylı Bakı İnzibati İqtisad məhkəməsinə müraciət etdim və 2 saylı Bakı İnzibati İqtisad məhkəməsinin 2-1(82)185/2018 saylı qərarı ilə sərəncam etibarsız heab edildi.Əliyev Qabil mənim etibarımdan və mənim burda olmamağımdan sui-istifadə edərək dələduzluq yolu ilə xeyli miqdarda mənə ziyan vurmuş və bizim əmlakımızı talamışdır.Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məni hədələyərək mənim səlahiyyətlərimdən istifadə edərək bizim qanuni mənafeyimizə ziyan vurmaqhərəkətlərinə yol vermişdir.Öz vəzifəsini aşaraq mənə zor tətbiq edərək məni tikintiyə buraxmamış mənim qanunla qorunan hüquqlarıma maneçilik törətmişdir.Özbaşına özünü vəzifəli şəxs kimi göstərərək bizim şirkətin hüquqi şəxslərin vəzifəsini öz üzərinə götürərək bizim adımızdan qanuni mənafelərimizin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Hom Paş Prestij MTK-ya məxsus möhürün saxta çıxartmış olduğu surətindən istifadə edərək yuxarıda qeyd olunan əməlləri həyata keçirtmişdir.Özbaşınalığa yol verərək qanun və digər normativ aktlarla müəyyən edilmiş davranışa zidd olan hərəkətlərə yol vermiş və bunun nəticəsində Hom Paş Prestij MTK-ya külli miqdarda ziyan vurmuşdur.Məni vəzifəli şəxslərin adından hədələyərək binadan mənzil və qeyri yaşayış sahəsi almış adamları aldadaraq mənə qarşı yönəltmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq xahiş edirəm ki, Azərbaycan Respublikası cinayət məcəlləsinin 178.1, 178.2.4, 308.2, 309.1, 309.2, 310, 320.1, 322.2 maddələri ilə cinayət işinin başlanmasına göstəriş verəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.