SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziya Məmmədov Vasif Talıbovdan xahiş edib ki...- QUDALIĞIN PƏRDƏARXASI SİRLƏRİ

Ziya Məmmədov Vasif Talıbovdan xahiş edib ki...- QUDALIĞIN PƏRDƏARXASI SİRLƏRİ

Tarix:

9-02-2018, 18:39

/ 2 836 dəfə oxundu.
Ziya Məmmədov Vasif Talıbovdan xahiş edib ki...- QUDALIĞIN PƏRDƏARXASI SİRLƏRİ

Ziya Məmmədov Vasif Talıbovu ölkə rəhbərliyinə minnətçi salmağa təşəbbüs göstərib.

Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, sabiq nazirin sürücüsü Bəhruz Xəlilov qudası, Naxçıvan Əlahiddə Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevdən Z.Məmmədovun xahişini edib: “Yaxın günlərdə Bakıdakı böyük restoranlardan birində Kərəm Mustafayevin qohumunun toyu olub. Həmin toyda iştirak edən Bəhruz Xəlilov qudasını foyeyə çıxararaq ondan Ziya Məmmədovun xahişini edib. Xahiş isə ondan ibarət olub ki, Kərəm Mustafayev Vasif Talıbovun ölkə rəhbərliyinə minnətçi düşməsinə, Ziya Məmmədovun varidatının əlindən alınmaması üçün hərəkətə keçməsinə təşəbbüs göstərməli imiş”. Mənbə generalın xahişi nəzərə alıb-almaması haqda heç bir məlumata malik olmadığını bildirib.
Qeyd edək ki, Bəhruz Xəlilov Z.Məmmədovun sürücüsü olub. O, böyük oğlu Polad Xəlilova Z.Məmmədovun mərhum qardaşı Loğman Məmmədovun qızını alıb. Kiçik oğlu Rauf Xəlilov isə Londonda təhsil alarkən orada Naxçıvan Əlahiddə Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin qızı ilə tanış olub. Bir neçə ay əvvəl onların da toyları olub. R.Xəlilov Londonda yaşayır və avtomobil biznesi ilə məşğul olur. Bəzi məlumatlara görə, P.Xəlilod da avtomobil biznesi ilə məşğul olur, lakin rəsmi formada deyil.
Hazırda Z.Məmmədovun əlində olan biznes qurumlarından, mal-mülkdən bir-bir məhrum olması ilə bağlı məlumatlar yayılmaqdadır. Görünür, sabiq nazir varidatını qorumaq üçün müxtəlif yollara əl atmaqdan başqa çarə görmür.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ