SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleyman Mikayılov "MTN işi" çək-çevirindən necə yayınır? - İşin açılmasında maraqlı deyil

Süleyman Mikayılov "MTN işi" çək-çevirindən necə yayınır? - İşin açılmasında maraqlı deyil

Tarix:

30-01-2018, 09:37

/ 1 489 dəfə oxundu.
Süleyman Mikayılov "MTN işi" çək-çevirindən necə yayınır? - İşin açılmasında maraqlı deyil

Hazırda Qaradağ rayonuna rəhbərlik edən və kifayət qədər ciddi maliyyə oliqarxlarından hesab olunan Süleyman Mikayılovun zamanında keçmiş MTN rəhbərliyi ilə sıcaq münasibətlərdə olması yerli KİV-də dəfələrlə müzakirə predmeti olubı. Bu səfər isə DİA.AZ-a verilən xəbərdə Süleyman Mikayılovun hələ də məlum "MTN işi" istintaqından necə yayına bilməsi ilə bağlıdır.
Bununla bağlı danışan qaynaq iddia edir ki, konkret olaraq "yuxarıdakı" himayədarlarına sığınan Süleyman Mikayılov nəinki hədəf olmaqdan yayına bilib, ümumiyyətlə, bu mövzunun qapanması yönündə də istədiyinə çatıb. Mənbənin söylədikləri:
"Qaradağın RİH başçısı özünü hər yerdə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun adamı kimi təqdim edir. Belə də bilirlər və elə "MTN işi" çək-çevirindən də eyni çətirin altına sığınmaqla yayınıb. Amma vəziyyət indi tamam fərqlidir və başçı hazırda durumu kifayət qədər gərgin olan sabiq nazir Eldar Mahmudovla bərabər bəzi suallara cavab verməli olacaq.
Təbii ki, kənardan burada qəribə nəsə görünməyə bilər. Çünki ilkin görünəni odur ki, Eldar Mahmudovun adamları Süleyman Mikayılovdan xərac alıblar və burada icra başçısı əslində zərəçəkəndir. Amma işin detalları Qaradağ RİH başçısını zərərçəkəndən birbaşa ittiham olunan tərəfə çevridiyindən maddi zərərə uğramasına rəğmən Süleyman Mikayılov məsələnin üstünün açılmasında nə o zaman maraqlı olmayıb, nə də indi maraqlı deyil".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ