Barəsində ən çox şikayət olunan icra başçısı: Süleyman Mikayılov... - Tifağı dağılacaq...
Hazırda Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılov təsadüfi deyil ki, barəsində ən çox şikayətlər olan icra başçısı kimi diqqətə gəlməkdədir. Bunu elə zaman-zaman müvafiq dövlət qurumlarının açıqladığı faktlar da təsdiqləməkdədir. Amma nədənsə Süleyman Mikayılovla bağlı hansısa cəza tədbiri görülmür ki, bu fakt da maraqlı formada əsaslandırılır.
Bununla bağlı açıqlama verən bilgili qaynaq iddia edir ki, Süleyman Mikayılov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun çətiri altında olduğundan onunla bağlı iradlar da elə himayədarına ünvanlanır.
Mənbənin söylədikləri: "Kəmaləddin Heydərovsa onu qoruyur. Bu himayədarlığın tarixçəsi uzundur. Süleyman Mikayılov FHN rəhbərinin atası ilə də gözəl münasibətlərdədir, onun da etimadını qazanıb. Yəni hətta bir neçə dəfə hörmətli Fəttah Heydərov Slüeyman Mikayılovu Kəmaləddin Heydərovun qəzəbindən qoruyub. Belə bir mühafizə çətiri altında isə Süleyman Mikayılov özünü kifayət qədər əmin his edir. Amma heç nə əbədi deyil".
Mənbə iddia edir ki, məhz yaxın günlərdə Süleyman Mikayılovla bağlı onun karyerasının və administrativ rıçaqlar hesabına əldə etdiyi biznesinin üzərindən birdəfəlik xətt çəkilə bilər. Mənbə dia.az-a bildirir:
"Məsələn, artıq Qaradağdakı daş karxanaları ilə bağlı müəyyən addımlar atılır. Başqa istiqamətlərdə də dəyişiklik olacaq və nəhayətdə Süleyman Mikayılov birdəfəlik çıxdaş olunacaq. Çünki ona qarşı daha qüvvətli bir mövqe sahibi qollarını çırmalayıb".
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...