SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 80 min qaçqının pulunu nəvəsinə yedirən Əli Həsənov - "36 manatı alan kimi sevinib bazara qaçmayın" Video/Faktlar

80 min qaçqının pulunu nəvəsinə yedirən Əli Həsənov - "36 manatı alan kimi sevinib bazara qaçmayın" Video/Faktlar

Tarix:

25-01-2018, 10:18

/ 1 831 dəfə oxundu.
80 min qaçqının pulunu nəvəsinə yedirən Əli Həsənov - "36 manatı alan kimi sevinib bazara qaçmayın" Video/Faktlar

Nəvəsinin milyonluq avtomobil kolleksiyası onun həbsdən çıxmasını gözləyir ki, yenə şəhərin küçələrində şütüsün. Özü isə xalqımıza qənaətlə yaşamağı öyrədir.
Söhbət Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənov AzTV-dəki məşhur çıxışında məcburi köçkünlərə dövlətin ayırdığı 36 manatı böyük vəsait adlandırmasından gedir.
Deyir, aylıq 36 manat böyük puldur, birdən xərcləməyin. Ə.Həsənov tövsiyə edir ki, həmin pulu ayrıca saxlasınlar və kommunal təşkilatların borcuna sərf etsinlər.
Onun fikrincə, dövlətin 1 milyon qaçqın və köçkünə verdiyi adambaşı 36 manat böyük vəsaitdir və bu "böyük vəsait" sözünü efirdə tez-tez böyük şəstlə səsləndirir.
Yəni, elə bir minnət qoyur ki, "Galendvagen"lə 2 nəfərin həyatına son qoyan onun nəvəsi deyil, 36 manatla lüks həyat yaşayan hər hansı bir qaçqındır. Əlbəttə, "utanmasan oynamağa nə var ki" burda deyiblər.
Ə.Həsənov ağ yalanı o qədər istedadla danışır və ailə büdcəsinin qənaət səbətini elə incələyir ki, adam mat-məəttəl qalmaya bilmir.
Bu nəhənglikdə qırmızı yalanı dövlətin televiziyasından 1 milyon qaçqının və 10 milyon xalqın üzünə necə deyə bilər? - heyrət!
O həmin "Qaçqınkom" sədridir ki, köçkünlərə tikilən mənzillərin kimlərə satılmasında konkret adlar ona təqdim olunub.
Müxtəlif xəbər portallarında köçkün kimi ev alan və mənzili olan vəzifəli şəxslərin adları açıqlanıb.
Bu pullar korrupsiya iyerarxiyası və piramidasında bölüşdürülüb. Təbii ki, bu qanunsuzluqlardan Ə.Həsənovun da xəbəri olub.
Amma komitə rəhbəri oliqarx həyatı yaşadığı, nəvəsi milyonluq maşınlarda qudurğanlıq etdiyi halda 36 manatı köçkünlər üçün böyük vəsait hesab edir.

Köçkünlər üçün tikilən binalardan satılan mənzillərin kimlərə verildiyini xatırladırıq:
Ağdamın şefinin müavini Arzu Kərimova
MTN-in Ağdam rayon şöbəsinin sabiq rəisi İlqar müəllim
ğdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov
Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub.
Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara doktor da başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib.
Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov.
Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov.
Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova.
Ağdam musiqi kolleci direktoru Laura Ağayeva.
Ağdam Mədəniyyət şöbəsi müdiri Şahin Qasımov
Ağdam uşaq xəstəxanasının baş həkimi Həqiqət Süleymanova
Ağdam məhkəməsinin sabiq sədri, Saatlıdan olan Seyfəli Seyfulayev

Siyahını uzatmaq da olardı. Sadəcə, bu adlar kifayət edir ki, "Qaçqınkom"un ev alveri ilə məşğul olduğunu təsdiqləsin.
Komitəyə axan milyonlar isə Ə.Həsənovun nəvəsi Nail Allahverdiyevin yurd-yuvasından didərgin düşmüş köçkünlərin hesabına harınlaşmasına səbəb olub.
O isə 36 manatı köçkünlərə çox görür və AzTV-də özünü gülünc vəziyyətə qoyur. Ə.Həsənova solaxay zərbəni vuran və eyhamla mesaj göndərən öz həmkarı oldu.
Baş nazirin müavini Abid Şərifov dedi ki, məmur övladının tərbiyəsi evdən gəlir: "Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir.
Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir?
Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə edəsən.
Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər?
Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz.
Amma digərləri ilə bağlı o qədər var… Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyə etməkdən isə vacib nəsə ola bilməz.
Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”.
Onun bu zaman səsləndirdiyi bəzi fikirlər isə həmkarı – baş nazirin digər müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənova göndərmə kimi qəbul oluna bilər.
Hər halda Abid Şərifovun fikirlərini oxuduqda ilk ağla gələn şəxs nəvəsi milyonluq maşın kolleksiyası ilə harınlıq edən, avtomobili yüksək sürətlə idarə edərkən 2 nəfərin ölümünə səbəb olan Əli Həsənov olur.
Nail Allahverdiyevin maşın kolleksiyasının 3 milyon qiyməti var.
Bu məbləğ hesabına ən azı 56 min 582, ən çoxu isə 80 min 524 məcburi köçkünə yaşayış ehtiyaclarını və kommunal xərclərini ödəmək üçün ayrılan aylıq yardımı 2 dəfəyədək artırmaq olar.
Lakin Ə.Həsənov 36 manatı qaçqınlara çox görür və böyük vəsait adlandırır. Dəhşətdir!
Lakin qısa müddətə varlanan və maşınları sıraya düzlənən komitə sədrinin nəvəsi babasının dövlətdən oğurladığı pullarla zəngin həyatı yaşayıb.
Bu da özlüyündə “Qaçqınkom” sədrinin fəaliyyətinin təftiş olunmasına rəvac verib.
Amma Ə.Həsənov başqa şey deyir. Onun sözlərinə görə, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq.
Buna isə ağlayasan, ya güləsən, bilmək olmur. Çünki xalq sürətlə yoxsullaşır və 2020-da bu gedişlə orta təbəqənin izi-tozu da qalmayacaq...

Anaxeber.Az

Şərhlər

XƏBƏR LENTİ