SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıt müəllimlərindən Mikayıl Cabbarova ittihamlar: maaşımızı vermir, amma özü…

Sumqayıt müəllimlərindən Mikayıl Cabbarova ittihamlar: maaşımızı vermir, amma özü…

Tarix:

18-02-2017, 10:46

/ 5 887 dəfə oxundu.
Sumqayıt müəllimlərindən Mikayıl Cabbarova ittihamlar: maaşımızı vermir, amma özü…

“İnklüziv layihənin müddəti 2009-cu ildə bitmişdisə cənab Cənab M.Cabbarov 2013-cü ldən təhsil naziri təyin olunandan sonra inklüziv layihəyə 8 nəfər yeni işçi necə işə qəbul edilib?”

Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin inklüziv təhsil üzrə bir qrup müəllimləri Təhsil Nazirliyindən ölkə rəhbərliyinə və əlaqədar qurumlara şikayət edib. Surəti cumhuriyyet.az saytına göndərilən şikayət Təhsil Nazirliyi tərəfindən Dövlət Başçısımızın Sərəncamlarına, tapşırıq və göstərişlərinə biganə münasibətindən, Ölkəmizin Qanunlarına məhəl qoyulmamsından, əmək və digər hüquqlarımızın kobudcasından pozulmasından, 4 aylıq əmək haqqı borclarımızın verilməməsindəndir.
Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində inklüziv təhsil pilot layihə kimi 2005-ci ildən 11 №li tam orta məktəbdə tətbiq edilir. Bu layihəyə müddətsiz müqavilə ilə işə qəbul edilən və müraciət edən müəllimlərlə, bu günkü günə kimi əmək münasibətləri davam etdirilir. Amma buna baxmayaraq 2016-cı ildən baəlayaraq Təhsil Nazirliyini yüksək çinli məmurlarının inklüziv layihə müddətinin 8 il əvvəl, 2009-cu ildən iddia etmələri çox gülüncdür. Müəllimlər öz məktubunda təhsil nazirliyinə haqlı sual ünvanlayırlar: “İnklüziv layihənin müddəti 2009-cu ildə bitmişdisə cənab Cənab M.Cabbarov 2013-cü ldən təhsil naziri təyin olunandan sonra inklüziv layihəyə 8 nəfər yeni işçi necə işə qəbul edilib?”
Məktubda daha sonra bildirilir: “Ümummilli lider Heydər Əliyevin Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə inklüziv təhsil müstəsna əhəmiyyətə malik məsələlərdən olmuşdur. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (inklüziv təhsil) haqqında” AR Qanunu da məhz 2001-ci ildə qəbul edilmişdir. Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev Cənabları da xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə əlverişli zəmin yaratmışdır. Prezident İlham Əliyev Cənablarının 29.12.2012-ci il tarixli 800 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici və inklüziv təhsil proqramların tətbiqi göstərilmişdir. Həmçinin, Prezident İlham Əliyev Cənablarının 24.10.2013, 19.01.2015-ci il tarixli 13 №-li və 995 №-li Sərəncamları əsasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planları hazırlanıb. Hər 2 fəaliyyət planlarında inklüziv təhsilə xüsusi önəm verilib. 2015-ci il tarixli Fəaliyyət planının 1.4 bəndi 2015-2023-cü illərdə inklüziv təhsilinin inkişafı üçün dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması xüsusi qeyd edilib”.
Şikayətçi müəllimlərin cumhuriyyet.az-a müraciətindən məlum olur ki, Təhsil Nazirliyinin bəzi məmurlarının AR Prezidentinin Fərman və Sərəncamlarını “görməzdən gəlib” Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə gah layihə müddətinin bitməsini, gah da ştatların qanunsuz artırılmasını iddia edib müəllimlərin 4 aylıq əmək haqqı borclarınl ödəmir: ” 2009-cu ildən 2016-cı ilin sentyabr ayına kimi-7 il ərzində işləyib əmək haqqı almışıq. Ştatlar qanunsuz olubsa və ya layihənin müddəti bitmişdisə nə üçün büdcədən bizə maaş ayrılırdı ? Büdcə təşkilatlarının ştat cədvəlləri hər il maliyyə nazirliyində qeydiyyatdan keçirilir və təsdiq edilir. Hər hansı bir qanunsuzluq var idisə büdcə xərclərnə nəzarət edən və birbaşa cavabdeh olan maliyyə orqanları bunu vaxtında aşkar edərdilər. Təhsil Nazirliyi layihə ilə bağlı hər hansı qanun pozuntusu aşkar edibsə cavabdehlərin məsuliyyətə cəlb olunması Baş Prokurorluğa müraciət etmək yerinə bizim 4 aylıq əmək haqlarımızı ödəmirlər. Ehtimal edirik ki, inklüziv layihənin tətbiqi üçün ayrılan maliyyə vəsaiti talan edən bir qrup məmur bu qanunsuz hərəkətlərini ört-basdır etmək üçün “çıxış yolu”nu bizi işdən çıxarmaqda, layihəni bağlamaqda görürlər”.
Müəllimlər sonda ölkə rəhbərliyinə müraciət edib: “Biz qanuni qaydada işə qəbul edilmişik. Bizimlə elekton sistemə işlənmiş müddətsiz əmək müqavilələri var. Layihənin bağlanması barədə Nazirlər Kabinetinin hər hansı bir əmr yoxdur. Bu günə kimi bizimlə əmək münasibətləri davam etdirilirsə əmək haqlarımız da ödənilməlidir. Lakin təhsil nazirliyi “ağına-bozuna” baxmadan bütün hüquqlarımızı pozur, maaşımızı ödəmir. Problemlə bağlı təhsil nazirliyinə dəfələrlə rəsmi müracətlər etmişik. Problemin həlli bir yana qalsın müraciətlərimiz belə cavablandırılmır. Xahiş edirik Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti Möhtərəm İlham Əliyev Cənablarının çağırışlarına və mövcud qanunvericiliyin tələblərinə riayət olunaraq 4 aylıq əmək haqqı borclarımızın ödənilməsi, eyni zamanda qanuni hüquqlarımızın bərpası üçün müvafiq strukturlara göstəriş verəsiniz. Öncədən Sizə minnətdarlığımızı bildiririk”.

Şərhlər

XƏBƏR LENTİ