SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DYP əməkdaşının başçılıq etdiyi dəstə ifşa olundu

DYP əməkdaşının başçılıq etdiyi dəstə ifşa olundu

Tarix:

13-12-2017, 10:27

/ 2 590 dəfə oxundu.
DYP əməkdaşının başçılıq etdiyi dəstə ifşa olundu

Rəfail Hümmətov: “Mən 3600 manat pulu Ziya Əzizliyə onun dayısı, DİN-in Baş DYPİ-nin 402-ci otağında oturan rəisi Altay Şükürova görə vermişəm”
Məlumata görə rusiyalı iş adamı Rəfail Hümmətov MTN-çi rəis Anar Məhərrəmovun onun başına gətirdiyi zülmlərdən ölkə başçısına müraciət edib. Rəfail Hümmətov başına gələn hadisələrin bir qismini 365info saytının jurnalisti ilə bölüşüb:
“Anar Məhərrəmovun mənə qarşı etdiyi zülmlərdən mən Baş prokuror Zakir Qaralova 6 dəfə şikayət ərizəsi yazmışdım. Ancaq mənim şikayət ərizələrimə prokurorluq tərəfindən hüquqi qiymət verilməmişdir. Hüquqi qiymət verilməsə də prokurorluq orqanlarında kimlərsə Anar Məhərrəmova “izah” edib ki, o mənə qarşı plan cızsın.
Anar Məhərrəmovun mənə qarşı cızdığı planlardan biri barədə isə mən mətbuatla bölüşmək qərarına gəldim.
Demək, Anar Məhərrəmov bizim həmkəndlimiz olan Məmmədəliyev Şəfayət Cahangir oğlunu xüsusi tapşırıqla göndərib mənim üstümə. Kənd məktəbində bir sinifdə oxumuş olsaq da, Masazır qəsəbəsinə köçmüş Şəfayət Məmmədəliyevin 15 ildən sonra mənim yanımda peyda olması məndə heç də təəccüb doğurmadı. Toy məclislərinin birində məni “yaxalayan” Şəfayət Məmmədəliyev mənimlə isti münasibət quraraq , özünü mənim halıma yanan, dərdimə şərik olan kimi apararaq dil-dil ötməyə başlayır.
Mənim Anar Məhərrəmovdan şikayət etməyim və onun məndən zorla aldığı pulları qaytarmasını tələb etməyimi kənddə hamı bilirdi.Hətta bəziləri öz “xidmətləri”ni də təklif edirdilər. Onlardan biri də Şəfayət Cahangir oğlu Məmmədəliyev idi. O, mənə deyirdi ki, neçə vaxtdır ki, öz atasının qisasını Anar Məhərrəmovdan almaq istəyi ilə alışıb-yanır,çünki Anar Məhərrəmovun atası Məhərrəm Tovuzun Düz Qırıqlı kənd sovxozunun direktoru işləyəndə onun atası Cahangir də 40 il həmin sovxozun baş iqtisadçısı olub. Elə o vaxtlar Məhərrəmlə Cahangir arasında mübahisə düşüb və Məhərrəm Cahangiri camaatın içində pərt edib.
Buna görə də, Şəfayət ,guya öz atasının heyfini Məhərrəmin oğlu Anardan çıxmaq üçün fürsət axtarır. Bu söhbətlə Şəfayət Məmmədəliyev mənə izah edir ki, o, öz qisası ilə bərabər, mənim də işimdə yardımçı olmaq istəyir və bunun üçün çox böyük əlaqələrinin olduğunu bildirir.
Belə ki, o məni öz əsgərlik yoldaşı və kirvəsi olan Şükürov Altay Allahşükür oğlu ilə tanış edəcəyini bildirir və mənə Anar Məhərrəmovla mübarizədə Altayın köməyindən istifadə edəcəklərini söyləyir. Mən Altay Şükürovun kim olduğunu soruşanda, Şəfayət Məmmədəliyev Altayın Xirdalanda yerləşən DİN-in Baş DYPİ-də rəis olaraq 402-ci otaqda oturduğunu bildirir və guya Altay Şükürovun “nazirə və lap yuxarılara” da çıxışının olduğunu söyləyir. Daha sonra Şəfayət Məmmədəliyev mənə deyir ki, güya Altay Şükürov yuxarıya məruzə edərək mənim Anar Məhərrəmovla olan problemimi həll etməyə, yəni pullarının qaytarılmasına nail olacaq.
Beləliklə, Şəfayət Məmmədəliyev məni razı salıb Bakıya gətizdirir və Xırdalanda yerləşən Baş DYPİ-nin qarşısında məni Altay Şükürovla görüşdürüb tanış edir. Bu il , oktyabrın 2-də isə o məni yenə də Xırdalanda Baş DYPİ-nin yanındakı kafeyə aparıb Əzizli Ziya və Ziyanın atası Həzi ilə tanış edir, Əzizli Ziyanı Altay Şükürovun ”bacısı oğlu və vəkil” kimi təqdim edərək mənim hesabıma yeyib-içmək təşkil edirlər. Başıma gələnlər haqda danışıqlarıma “diqqətlə” qulaq asan “bacıoğlu-vəkil” Ziya Əzizli və atası Həzi problemi həll etməyə söz verirlər. İçkidən sərxoş olan Şəfayət isə “uçana-qaçana macal verməyərək”, mənə danışmağa imkan verməyərək, sözümü tez-tez kəsərək hər şeyin əla olacağına söz verir. Elə həmin gün Baş DYPİ-nin ərazisində yerləşən 48 №-li notariusda mən Əzizli Ziyaya etibarnamə və sonradan cəmi “üst-üstə 3600 manat” pul verirəm. Ona görə “üst-üstə” ki, “bacıoğlu-vəkil” elə məndən kafedə “hökümət sənədləri düzəltmək” adı altında 450, “sənəd dəyişmək” üçün 200, arayış-sorğu və sairəyə bir neçə dəfə 100,50,75 manat miqdarında pul alır.
“Xırda” pulların alınmasında iştirak edən Şəfayət mənim “qayğıma qalaraq”, “iş üçün mənsiz heç kimə 1 manat da vermə” deyə tapşırır, məni bir an belə özündən kənara buraxmamağa çalışır. Lakin, “bacıoğlu-vəkil” Ziya Əzizli məni Şəfayətin nəzarətindən “oğurlayaraq”, təcili lazım olduğuna görə məndən özünün “vəkillik haqqı” üçün 2.000 manat pul alır. Bu işdən Şəfayət xəbər tutanda, o, “özünü yeyib-tökür, hirsindən çat verir ki, nə üçün mənsiz Ziyaya pul vermisən” deyərək məni “yuyub-sərir”. Lakin, gec olduğunu dərk etdikdə, “yumşalıb” söhbəti dəyişir və öz tədbirini davam etdirir.
Yəni ,sonrakı gün, hər ikisi Azadlıq prospekti ,42-48 ünvanının yaxınlığındakı kafedə mənimlə görüşərək mənə deyirlər ki, güya Altay Şükürov bu məsələni yuxarılara məruzə edib, məsləhət görülüb ki, təcili onun işi ilə bağlı Şəmkir rayon məhkəməsinə ərizə vermək lazımdır. Mənim bu işdən anlayışım olmadığı üçün adıçəkilən şəxslər məni inandırırlar ki, guya mənim başqa çıxış yolum yoxdur, ancaq məhkəməyə müraciət etmək lazımdır.
“Bacıoğlu-vəkil” Ziya Əzizli hazırladığı ərizəni mənə oxumadan, məzmunu ilə tanış etmədən mənə imzalatdırır. Ərizə latın əlifbası ilə yazıldığından mən onu oxuya bilmədiyim üçün, Şəfayətin təkidi ilə ərizəni imzalayıram və “bacıoğlu-vəkil” Ziya Əzizlinin göstərişi ilə sonrakı gün aparıb Şəmkir rayon məhkəməsinə verirəm. Bir neçə gündən sonra “bacıoğlu-vəkil” Ziya Əzizli məni Bakıya çağırır və deyir ki, “məhkəməyə tapşırılıb, hər şey sənin xeyrinədir, amma bir şərt var ki, tələb edilən pulun 5%-ini,yəni 7.500 dolları Şəmkir Rayon Məhkəməsinin sədri Könül Məmmədova verməlisən və bunu dərhal etməlisən.”
Daha sonra Ziya Əzizli mənə bərk-bərk tapşırır ki, “7.500 dolları verdiyini heç kim bilməsin haaa, nə Şəfayət, nə də mənim atam Həzi və dayım Altay Şükürov”.Onun bu sözləri məndə şübhə yaratsa da, özümü o yerə qoymayıb bir cavab vermədim. O biri tərəfdən isə, mənim tam etibarımı qazandığına arxayınlaşan Şəfayət Məmmədəliyev arada özü də, “qaz vurub qazan doldurmaq” istəyir və məndən “vacib bir iş üçün borc” istəyir, lakin ondan “pulum qalmayıb” cavabını aldıqda, “heç olmasa 1.000 dollar düzəlt” deyir. Onun bu “canfəşanlığından” mən gec də olsa anladım ki, 6 dəfə Baş prokurora şikayət ərizələri göndərməyimdən narahat olan Anar Məhərrəmov, Şəfayətin vasitəsilə, Şəfayət isə kirvəsi-dostu Altayın və onun “bacısıoğlu-vəkil” Ziya ilə bu oyunu quraraq məni Şəmkir məhkəməsinə yönəltməklə, lazımi yerlərə şikayət etməkdən yayındırmaq, yəni işin əsas məğzindən uzaqlaşdırmaq istəyirlər.
Bütün bunlar mənim “fırıldaqçı dəstəyə” rast gəldiyimə düşünməyə əsas verir. Mən bir daha təkrar edirəm ki, Şəfayət Məmmədəliyev məni DİN-in Baş DYPİ-də çalışdığı əsgərlik yoldaşı və kirvəsi Şükürov Altay Allahşükür oğlu ilə Baş DYPİ-nin binasına bitişik kafedə görüşdürür. Şəfayət Məmmədəliyev mənə deyir ki, “bu kafedəki kabinet Altayın kabinetidir, bu kabinetdə ancaq Altay və bir də mən oturub çörək yeyirik. Bizdən başqa bu kabinetdə heç kim otura bilməz”. Bir sözlə məni inandırmağa çalışıb ki, güya Altay DİN nazirinə yaxın olan adamdır və bundan savayı onun lap yuxarılara da əli çatır.
Sonra Şəfayət Məmmədəliyev məni Altay Şükürovun bacısı oğlu Ziya Əzizliylə yenə də həmin kafedə görüşdürür. Mən Ziya Əzizliyə baxıb gördüm ki, bu uşağın ağzından hələ süd iyi gəlir,bu mənə nə vəkillik edəcək… Ancaq Şəfayət Məmmədəliyev məni inandırmağa çalışdı ki, bu işlərin hamısını Altay Şükürov yuxarılarla razılaşdırıb. Və Ziya Əzizli sadəcə Altay Şükürovun dediyi ilə gedib məni məhkəmədə təmsil edəcək. Ziya Əzizliyə 3600 manatı mən onun özünə görə yox, onun dayısı Altay Şükürova görə verdim. Altay Şükürovun oturduğu binanın rəhbəri hörmətli tovuzlumuz , fəxrimiz Ramiz Zeynalov olduğu üçün mən Altay Şükürovun əlini sıxaraq onun bacısı oğlu Ziya Əzizliyə 3600 manat pul vermişəm. Yoxsa ki, Ziya Əzizlinin özünə qalsaydı mən ona heç bir qara qəpik də verməzdim. Mən bəyəm görmürdüm ki, o uşaq özü nə bilir ki, hələ mənə də nəsə hüquqi xidmət göstərsin. Bir daha təkrar edirəm ki, mən ona pulu dayısı polis mayoru Altay Şükürova görə vermişəm. Hətta bu yaxınlarda ona zəng edib dedim ki, mənim pulumu qaytar, o uşaq isə mənə cavab verərək deyir ki, “əə davay sağ ol ,sənin pulunu hökümətə keçirmişəm”. Mən başa düşmürəm ki, bu şəxs mənim pulumu niyə hökümətə keçirtsin, mənim onunla nə müqaviləm var, nə də mənə çek verməyib. Görəsən o mənim ona verdiyim pulu hara keçirib?”.
Qeyd edək ki,365info saytı sosial şəbəkədə Ziya Əzizliylə bağlı balaca bir araşdırma apararakən maraqlı bir faktla rastlaşdı.
Belə ki,Ziya Əzizlinin paylaşdığı fotodan da görmək olar ki, bu şəxs hansı təhsil ocağında təhsil alır… Və bu fotoya baxanda aydın olur ki, Rəfail Hümmətov onun haqqında danışarkən niyə “bu uşağın ağzından hələ süd iyi gəlir,bu mənə nə “vəkillik” edəcək…” deyir…
Onu tanıyanlar olsa, qoy bizim redaksiya ilə əlaqə saxlasınlar. Çox güman ki, “vəkillik” adı ilə Ziya Əzizlinin hələ çox adamlara hüquqi xidmət göstərmək adı ilə yalan vədlər verib pullarını mənimsədiyi üzə çıxacaq. O ki qaldı onun polis mayoru dayısı Altay Şükürova, onunla bağlı DİN nazirinə müraciət olunub. Güman edirik ki, DİN-in rəhbərliyi lazımi idarəyə tapşırıq verəcək ki, cənab nazirin adından istifadə edən polis mayoru barəsində lazımi ölçü götürülsün.
Sonda Rəfail Hümmətovla Ziya Əzizli arasında olan telefon danışığının stenoqrammasını da oxuculara təqdim edirik:

R.H:O sənədləri sən mənə vaxtında verməmisən,indi onlar mənim nəyimə lazımdır?!

Z. Ə:Məhkəməyə vermişəm də…

R.H :Mənim sənə verdiyim pulları qaytar .3600 manatdır

Z. Ə:Nə qədər?

R.H:3600 manat

Z. Ə: A ,mən onların hamısını sənədlərə vermişəm.Mən yaxşılıq etmişəm sənə,amma sən görürəm uje … başdamısan şeyə ,davay

R.H:Nətəri ?!


DYP əməkdaşının başçılıq etdiyi dəstə ifşa olundu
DYP əməkdaşının başçılıq etdiyi dəstə ifşa olundu
DYP əməkdaşının başçılıq etdiyi dəstə ifşa olundu
DYP əməkdaşının başçılıq etdiyi dəstə ifşa olundu
DYP əməkdaşının başçılıq etdiyi dəstə ifşa olundu

Şərhlər

XƏBƏR LENTİ