Misir Mərdanov: Yenidən nazir olmaq iddiam yoxdur
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, professor Misir Mərdanov sosial şəbəkələrdə onun yenidən təhsil naziri təyin ediləcəyi ilə bağlı söz-söhbətə aydınlıq gətirib.
M.Mərdanov Ölkə.az-a açıqlamasında onu yenidən təhsil naziri görmək istəyənlərə təşəkkürünü çatdırıb: “Həmin insanlar çox sağ olsunlar, onlara təşəkkür edirəm. Ancaq mən 15 il nazir işləmişəm və kifayət edir. Digər tərəfdən isə bu məsələ cənab prezidentin səlahiyyətlərində olan məsələdir. Yeni təhsil naziri kim olacaqsa, Allah işini avand etsin. Yenidən nazir olmaq iddiam yoxdur”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək