SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qüdrət Qurbanov niyə qızıl biznesini Türkiyəyə köçürüb?

Qüdrət Qurbanov niyə qızıl biznesini Türkiyəyə köçürüb?

Tarix:

23-11-2017, 12:53

/ 1 051 dəfə oxundu.
Qüdrət Qurbanov niyə qızıl biznesini Türkiyəyə köçürüb?

Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov İstanbulda bir neçə qızıl mağazası açıb. Həmçinin adminstrasiya rəhbərinin İstanbulda və Yunanıstanda villalar aldığı qeyd olunur.
Azərbaycanda vəzifə sahibi olan məmurların şəxsi biznes qurmaları artıq adi hal alıb. Dövlət büdcəsindən oğurlanan milyonlar sayəsində böyük biznes sahibi olan məmurlarımız son vaxtlar xarici ölkələrdə öz bizneslərini çiçəkləndirməkdədirlər. Daha doğrusu Azərbaycanda öz bizneslərinə qarantiya tapa bilməyən məmurlar öz bizneslərini yaxın xarici ölkələrə, Gürcüstana, Türkiyəyə, hətta İrana çıxarırlar. Yəni əvvələr Azərbaycan büdcəsindən oğurlanan pullar elə Azərbaycanda səymayəyə çevrilirdisə, son zamanlar ölkə prezidentinin sərt xəbərdarlıqları və atılan bir sıra addımlar məmurları dövlətdən oğurladıqları pulları xaricə daşımağa vadar edir.
Belə məmurlardan biridə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovdur. Qeyd edək ki, Qüdrət Qurbanovu ölkənin varlı məmurları arasında yer alır və bəzi mənbələr onun ümumi varilatının 100 milyon dollardan artıq olduğunu bildirirlər. Son bir neçə ildə isə, Qüdrət Qurbanovun korrupsiya fəaliyyəti ilə bağlı məlumatlar ölkə mətbuatında davalı olaraq yer almaqdadır.
Qüdrət Qurbanovun qanunsuz biznesi ilə bağlı saytımızı məlumatlandıran mənbə bildirib ki, Qüdrət Qurbanov bir çox digər məmurlar kimi öz biznesini ona yaxın olan və qohum olmayan şəxslərin adına sənədləşdirib. Son zamanlar isə Dövlət Dəniz Administrasiyasının rəhbəri biznesinin bir hissəsini təşkil edən qüzül biznesini Türkiyəyə köçürdüb. Buna səbəb isə son 6 ayda Qüdrət Qurbanova yaxın olan bir sıra şəxslərin ətrafında xoşagəlməz hadisələrin baş verməsi olub və bu xoşagəlməz hadisələrin sonucda onun biznesi üçün problemə çevrilə biləcəyini nəzərə alan Qüdrət Qurbanov qızıl biznesini ölkədən kənara çıxarmağa qərar verib.
Dövlət Dəniz Administrasiyasının rəhbərinin qızıl biznesi ilə bağlı saytımızı məlumatlandıran bilgili şəxsin iddiasına görə Rusiya və digər ölkələrdən külçə halında ölkəmizə qızıl gətirən Qüdrət Qurbanov burada gizli sexində həmin qızılları əritdirərək xüsusi zərgərlər vasitəsi ilə bəzək əşyaları halına saldırır. Qeyd edilir ki, Qüdrət Qurbanovun gizli sexlərində qızıl məmulatlarını istehsal edən müxtəlif dəzgahlar mövcuddur. Ancaq son aylar Dövlət Dəniz Administrasiyasının rəhbəri bəzi problemlər yaşamasından sonra qızıl biznesini Türkiyəyə köçürtmək qərarına gəlib. İddiyaya görə buna səbəb olan amillərdən birinin Qüdrət Qurbanovun çox yaxın adamı ilə ciddi problemlərlə üzləşməsi, digəri isə onun qızıl biznesi ilə məşğul olması məlumatının Adminstrasiya işçiləri arasında yayılmasıdır.
Məlumatda həmçinin Türkiyəyə köçürülən biznesinə Qurbanovun qardaşının və yaxın ətrafının nəzarət etdiyi deyilir. Uzun illər boyu qızıl biznesindən ciddi şəkildə xeyir götürən Qurbanovun İstanbul şəhərində azərbaycanlı biznesmenlərdən biri ilə şərikli bir neçə mağaza açdığı bildirilir.
Məlumatlı mənbəmiz Dövlət Dəniz Administrasiyasının rəhbərinin İstanbul şəhərində və Yunanıstanın istirahət zonalarının birində təmtəraqlı villalar aldığını da qeyd edir.
Qeyd edək ki, mənbə Qüdrət Qurbanovun ətrafında son bir neçə ayda baş verən qalmaqallarla bağlı məlumatlarının olduğunu da bildirib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azmedia.info

Şərhlər

XƏBƏR LENTİ